Büdcəyə ödəmələr
From ..::Banker.az::..
Büdcəyə ödəmələr (payments to budget) – müəssisənin öz vəsaiti və borc vəsaiti hesabına dövlət büdcəsinə ödəmələrdir. Belə vəsaitlərə mənfəətdən (gəlirdən) vergi, əmlak vergisi, təbii resurslardan istifadəyə görə vergi, torpaq vergisi, əlavə dəyər vergisi, aksizlər, gəlir vergisi və mövcud dövlət qanunvericiliyinə uyğun olan digər ödəmə və vergi növləri aiddir.
Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı