Dövlət öhdəliyi yaratmayan xarici borcalmalar

From ..::Banker.az::..
Jump to: navigation, search

Dövlət öhdəliyi yaratmayan xarici borcalmalar (foreign debts with no public responsibility) – rəsmi qanunvericiliyə əsasən Azərbaycan rezidentlərinin onun qeyri-rezidentləri qarşısında cari şərtsiz, dövlət öhdəliyi yaratmayan, xarici valyutada olan borc öhdəlikləri dövlət borcu hesab edilmir və Azərbaycan Respublikası bu borc üzrə heç bir məsuliyyət daşımır. Ölkənin tədiyə balansını tərtib etmək üçün müvafiq icra hakimiyyəti orqanı hər rübün yekunları üzrə bankların dövlət öhdəliyi yaratmayan xarici borcalmaları barədə məlumatları Azərbaycan Respublikasının Milli Bankına təqdim edir. Belə məlumatların tərkibi və təqdim olunma qaydası Azərbaycan Respublikasının Milli Bankı tərəfindən müəyyənləşdirilir.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı