Müəssisənin topdansatış qiyməti
From ..::Banker.az::..
Müəssisənin topdansatış qiyməti - məhsul istehsalçılarının istehsal etdikləri məhsulu istehlakçılara satdığı qiymətlərdir. Müəssisə və təşkilatlar öz məhsullarını reallaşdırarkən öz istehsal və reallaşdırma xərclərini ödəməli, həmçinin bazarda fəaliyyət göstərməyə imkan verən mənfəət əldə etməlidirlər. Odur ki, müəssisənin topdansatış qiymətinin kəmiyyəti xərclərin həcmindən /maya dəyərindən/, mənfəətdən, qiymətə əlavələrdən /güzəştlərdən/ və əlavə dəyər vergisindən ibarətdir.
Mənbə : Iqtisad elmləri doktoru, professor Elşən Hacızadə
web səhifəsi: www.elshanhajizadeh.com