Marketinq

From ..::Banker.az::..
Jump to: navigation, search

Marketinq - (ingiliscə market - bazar) /latınca mercare - ticarət, alış veriş etmək/ menejmentin yaradıcılıq funksiyası olmaqla firma xaricində yaranan meyllərin, onun istehsal tələblərinə təsir edən amillərin məcmusudur. Bir sənət kimi, marketinq istehlakçıya yüksək tələbli əmtəə və xidmətlərin təklifini verməklə, qiymətin düzgün təyin olunmasını, satış kanalını seçmək və reklamı təşkil etməni gerçəkləşdirir. Obrazlı deylimdə əgər bazar alıcı və satıcının görüş yeridirsə, marketinqin fəaliyyəti onların görüşünə kömək etməkdən ibarətdir. Konkret bazarın problem və perspektivlərini, tələblərini kompleks öyrənmək, müəssisənin imkanları çərçivəsində əmtəə assortimentini planlaşdırmaq, bazar tələbi ilə müəssisə imkanlarının üst-üstə düşməsi ilə tələbi formalaşdırmaq, satış tədbirlərini və əməliyyatlarını təmin etmək, planlaşdırmaq marketinqin əsas funksiyalarını ehtiva edir.



Mənbə  : Iqtisad elmləri doktoru, professor Elşən Hacızadə

web səhifəsi: www.elshanhajizadeh.com