Priority Pass

From ..::Banker.az::..
Jump to: navigation, search

Priority Pass - Beynəlxalq Priority Pass kartı sözün əsl mənasında bank kartı deyil. O ancaq birinci sinif zallara, VİP-zallara yaxud dünya beynəlxalq aeroportlarının biznes zallarına daxil olmaq və biznes xidmətlərindən (telefon, faks, danışıqlar aparmaq üçün otaq və sair) istifadə etmək hüququ verir. Zallara daxil olmaq haqqı Priority Pass kartı ilə ödənilir. Bunun üçün ondan slip edirlər və bundan sonra kartın sahibi ora imzasını atır. O özlüyündə ayrıca istehsal oluna bilməz və digər bank kartına əlavə olaraq buraxılır (adətən MasterCard ödəmə sistemi kartında Standart dərəcəsindən aşağı olmamaq şərti ilə). Ayın sonunda oradan zallara daxil olmaq haqqının ödənilməsi silinir. VİP-zala və birinci sinif zala daxil olmağın qiyməti bütün dünya üzrə müəyyən edilib və hal hazırda bir adama 27 ABŞ dolları təşkil edir. Özünüz ilə bir kart vasitəsi ilə 10 nəfərə qədər adam dəvət edə bilərsiz (bəzi hallarda dəvət edilənlərin miqdarını zal özü məhdudlaşdırır).