Repyutinq

From ..::Banker.az::..
Jump to: navigation, search

Repyutinq - istehsalçının kompleks hərəkətlər və ya işgüzar reputasiya mexanizminin yaratmağı repyutinq adlanır. Repyutinq stil, imij, işgüzar reputasiya və qudvil /reputasiyanın qiyməti/ kimi komponentləri əks etdirir. Məqsədini müştərini anlamaq, onun arzu və tələblərini öyrənmək məramları təşkil edən repyutinqə, həm də «menejment-marketinq-repyutinq» formalı bazar mexanizminin zəncirini yaradan tərkib hissə kimi də təyin vermək olar. Təşkilatın reputasiyasının qiyməti çox yüksək ola bilər. Belə ki, «Koko-Kola» kompaniyasının ticarət nişanı 3 milyard, «Kemel» firmasını 2,5 milyard, Kristal zavodunun «Staliçnaya» arağını isə 100 milyon dollar qiymətləndirir. Elə sahibkarlar vardır ki, onların faksimilinin qiyməti milyon dollarlar məbləğində dəyərləndirilir və bəzən bu məbləq məxsusi material aktivlərini belə bir neçə dəfə üstələyir.



Mənbə  : Iqtisad elmləri doktoru, professor Elşən Hacızadə

web səhifəsi: www.elshanhajizadeh.com