Talk:Əmtəə birjası

From ..::Banker.az::..
Jump to: navigation, search

Commodity Exchange (COMEX)- Müəyyən edilmiş birja qaydaları əsasında əvvəlcədən təyin olunmuş yerdə və vaxtda aşkar kütləvi sövdələşmə şəklində həyata keçirilən topdansatış ticarət bazarını təşkil etmək məqsədi güdən hüquqi və (və ya) fiziki şəxslərin könüllü birliyi əsasında yaradılan hüquqi şəxs statuslu təşkilat. Əmtəə bir jasının fərqli cəhətləri kimi ticarətin mütəmadiliyi və onun müəyyən yerdə həyata keçirilməsi, əmtəələrin keyfiyyətinə, göndərmə şərtlərinə və müddətlərinə əsas tələblərə uyğunlaşması, ticarətin alıcı və satıcının qarşılıqlı təkliflərinə uyğun aparılması, əmtəənin göndərilməsi üzrə kontraktların (müqavilələrin) həyata keçirilməsi, malların anbarlardan, eləcə də gələcəkdə göndərilməsi haqqında sövdələrin bağlanılması çıxış edir.Əmtəə birjası bir qayda olaraq, təşkilati cəhətdən korporasiyalarda nəinki mənfəət qazanmaq, həmçinin alqı-satışı ucuzlaşdırmaq və asanlaşdırmaq məqsədi güdən korporasiyada birləşən xüsusi şəxslər birliyi şəklində təşkil olunur. Əmtəə birjası açıq və qapalı xarakterdə olur. Qapalı xarakterli birjada (onlar əksəriyyət təşkil edir) birja vasitəçiləri (brokerlər) fəaliyyət göstərirlər, açıq xarakterli birjada isə onlardan əlavə sövdələşmələrdə bura gələnlər də iştirak edirlər. Real mallar üzrə və müəyyən əmtəəsiz sövdələşmələr aparan birjalar bir-birindən fərqləndirilir.



Yerli Iqtisadi Inkisaf Mərkəzi