Talk:Kredit

From ..::Banker.az::..
Jump to: navigation, search

Credit - Pul və ya natural formada verilən borc. Pulun meydana gəlməsindən sonra kredit münasibətlərinin yaranması iqtisadi münasibətlər sisteminin daha da inkişafına səbəb olmuşdur. Bəşəriyyətin bütün dövrlərində maliyyə resursları iqtisadi subyektlər arasında qeyri-bərabər bölünmüşdür. Belə ki, bir qisim insanların, müəssisələrin və ya dövlətin sərəncamında sərbəst vəsait toplanır, digər subyektlər isə bu vəsaitlərin qıtlığı ilə qarşılaşır. Kredit münasibətləri bu iki qütb arasında körpü rolunu oynayaraq, sərbəst pul vəsaitlərinin, eləcə mal və xidmətlərin bölgüsünü həyata keçirir. Kredit münasibətlərində yaranan bu bölgü kreditin əsas prinsiplərinə uyğun olaraq müvəqqəti xarakter daşıyır. Kredit adətən qaytarmaqlıq, müddətlilik, təminatlılıq və ödəniclilik şərti ilə verilir. Lakin, həmin şərtlərin hər hansı biri təmin edilmədiyi halda da kredit münasibətləri yarana bilər. Məs , faizsiz kreditdə ödənclilik, girovsuz kreditdə təminatlılıq, davamlı (əbədi) kreditdə müddətlilik şərti mövcud olmur. Sərbəst resurslara malik kreditorlar onların borc alanlara müvəqqəti verilməsi vasitəsilə əlavə pul və saitini əldə etməyə nail olurlar. Kreditdən ən iri müəssisə və birliklər ilə yanaşı, xırda istehsalçılar və tacirlər; dövlət və hökumət ilə yanaşı, müxtəlif vətəndaşlar da geniş istifadə edirlər. Müddətinə görə kreditlər 3 qrupa bölünür: qısamüddətli (1 ilə qə dər); ortamüddətli (1 ildən 5 ilə qədər); uzunmüddətli (5 ildən yuxarı). Kredit münasibətləri müxtəlif əlamətlərinə görə təsnifləşdirilir və bunun əsasında kredit aşağıdakı növləri fərqləndirilir: dövlət krediti, bank krediti, vətəndaş krediti, beynəlxalq kredit, portfel krediti, kommersiya krediti, vergi krediti, ipoteka krediti və s. Bundan əlavə, mühasibat uçotu hesabının sağ tərəfi də kredit termini ilə ifadə olunur.



Yerli Iqtisadi Inkisaf Mərkəzi