Visa Cash

From ..::Banker.az::..
Jump to: navigation, search

Visa Cash – beynəlxalq Visa ödəmə sisteminin elektron pul kisəsi yaxud qabaqcadan ödənilmiş mikroprosessor kartıdır. Böyük olmayan xərcləmələrin həyata keçirilməsi üçün nəzərdə tutulub.

Bu kart doldurulmayan ola bilər (bir dəfə istifadə üçün). Artıq qeyd edilmiş nominalla telefon kartına oxşar şəkildə buraxılır. Ancaq banklar vasitəsilə deyil, həm də ticarət avtomatları vasitəsilə yayılır.

Doldurulan ola bilər (yenidən yüklənən). Kartda nominal göstərilmir. Pul vəsaitlərinin təkrarən daxil edilməsinə yol verilir.

Və nəhayət, müştəridə olan bank kartına funksiya şəklində əlavə oluna bilər. Ödəmə sistemi Visa Cash-in daxil edilməsinə 1995-ci ildə ABŞ-da başlamışdır. O zaman Bank of America Visa şirkətinin əməkdaşlarına 2 min ədəd doldurulmayan kart buraxmışdı. 1996-cı ildə Amrikanın First Union National Bank of Georgia bütün istifadəçilərin əldə edə bilməsi üçün ilk doldurula bilən kartları emitentləşdirmişdi. Onları debet kartları olan Visa Check Card ilə birləşdirilmişdi.

Visa Cash bu gün Avstraliyada, Yeni Zelandiyada, Kanadada, ABŞ-da, Braziliyada, Argetinada, Kolumbiyada, İspaniyada, İtaliyada və digər ölkələrdə buraxılır.