24 C
Baku
Friday, April 26, 2024

Donald Trump Amazon şirkətinin səhmlərini endirdi

Banker.az xəbər verir ki, ABŞ prezidenti Donald Trump öz Twitter hesabında Amazon şirkətinin vergi ödəyən pərakəndə ticarətçilərə böyük zərər vurduğunu yazıb.

Bu bəyanatın ardınca online-pərakəndə şirkətinin səhmləri səhər hərracı zamanı 1,2% enib ki, bu da Jeff Bezos-un şirkətinin bazar dəyərinin 5,7 milyard dollara qədər azalmasına səbəb olub.

Lakin ABŞ prezidentini belə bir fikir səsləndirməyə məhz olaraq nəyin sövq etdiyi aydın deyil.

Amazon şirkəti fəal şəkildə yeni iş yerlərinin yaradır. Belə ki, nəhəng şirkət 2018-ci ilə qədər 100 mindən çox işçi götürmək və bütün ştat üzrə əmək yarmarkası təşkil etmək planlarını elan etmişdi.

Trump öz tweeti ilə Amazon şirkətini vergi ödəyən pərakəndə ticarətçilər ilə üz-üzə qoydu. Bununla belə, şirkət özü də vergi tutulan hər bir ştatda satışlara görə vergi ödəyir.

Bir faktı da qeyd edək ki, Trump hələ seçki qabağı kampaniyası zamanı iddia edirdi ki, Amazon monopoliyadır və seçildiyi təqdirdə şirkəti qanunvericilik üzrə məsuliyyətə cəlb edəcəyini vəd etmişdi. Maraqlıdır ki, ABŞ-da bütün elektron kitab satışlarının 70%-i və e-commerce satışların 30%-i Amazon şirkətinin payına düşür. Bununla belə, bazarda böyük paya sahib olmaq ABŞ-da qanunsuz hal hesab olunmur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər