21 C
Baku
Friday, April 26, 2024

Fəaliyyətinə avtomobil istehsalından başlamayan avtomobil istehsalçıları

Opelin tikiş maşını

1862-ci ilin 21 yanvarında alman şirkəti Opelin əsası qoyulur. Bugünkü gündə Opel avtomobilləri bütün dünyada məşhurdular. Lakin bu şirkət öz fəaliyyətinə avtomobil istehsalı ilə deyil, tikiş maşınlarının istehsalı ilə başlamışdır.

Biz sizə bu məqalədə öz fəaliyyətinə avtomobil istehsalından başlamayan avtomobil istehsalıçılarının siyahısını təqdim edəcəyik.

1390314550_542818_72

OPEL

Opel şirkətinin əsasının 1862-ci ildə qoyulmasına baxmayaraq onlar avtomobillərin istehsalına 1889-cu ildə başlayırlar.

İlkin olaraq Opel tikiş maşınının istehsalı ilə məşğul olurdu. 1886-cı ildə şirkət velosipedlərin istehsalına başlayır. 1898-ci ildə Opel şirkətinin təsisçisi Adam Opelin vəfatından sonra avto tərtibatçı Fridrix Lutsmannla saziş bağlanılır. Və onlar ilk «Opel» avtomobilinin düzəlməsinə başlayırlar.

«Opel» avtomobilləri bugünkü gündə də istehsal olunurlar. Və orta təbəqə üçün etibarlı və ucuz avtomobillər hesab edilirlər.

1390336853_643862_16

TOYOTA

Toyota Motor Corporation — böyük Yapon avtomobil istehsalçısı.

Şirkət öz fəaliyyətinə avtomatik tikiş dəzgahlarının istehsalı ilə başlamışdı. 1933-cü ildə isə avtomobil istehsalında ixtisaslaşan yeni bir şöbə açılır. Bu şöbənin başçısı Kiitiro Toyoda avtomobil sənayesini araşdırmaq üçün Avropaya və ABŞ-a səfərlər edir və benzin mühərrikli avtomobillərin istehsalına başlayır.

«Toyota» avtomobilləri bugünkü gündə də istehsal olunurlar və bütün dünyada çox məşhurdular.

1390315093_412297_59CITRON

Citroën – 1919-cu ildə Andre Sitroen tərəfindən yaradılan fransız avtomobil istehsalçısıdır.
Sitroen Birinci dünya müharibəsi zamanı Fransa üçün artilleriya sursatları istehsal edirdi. Və müharibədən sonra onların fabrikləri qalır.

1919-cu ildə şirkət avtomobillərin istehsalına başlayır. İlk Type A modelininin layihəsi Andre Sitroeni dostu Jül Salomona məxsus idi. O, Le Zèbre şirkətinin baş konstruktoru idi.

Type A modelinin qiyməti 7950 frank idi. Bu isə ucuz bir qiymət idi. Qeyd edək ki, Avropada ilk olaraq bu modelə elektrik starter və işıq quraşdırılmışdı.

Type A avtomobilinin sürəti saatda 60 kilometr idi.

1390315523_160605_55

Peugeot

Avtomobil şirkəti Peugeot öz əsasını XVIII əsrdən götürür. O dövrdə hələ heç kəs avtomobil haqqında heç nə bilmirdi. Bu şirkət 1976-cı ildə PSA Peugeot Citroën holdinqinin bir hissəsi olur.

Pejo ailəsi 1700-cü illərdə manufaktura işi ilə məşğul olmağa başlayırlar. 1840-cı ildə şirkət qəhvə, istiot və duz üyüdən istehsal edir.

1858-ci ilin 20 noyabrında Emil Pejo Le Grand Bi modelini və bir sıra digər velosipedlər buraxır.

Daha sonra isə Arman Pejo avtomobillərlə maraqlanmağa başlayır. İlk Pejo avtomobili (Leon Serpolle tərəfindən tərtib olunan üç təkərli buxar avtomobili) 1889-cu ildə hazırlanır.
Bugünkü gündə PSA Peugeot Citroën şirkəti Avropada Volkswagen-dən sonra ikinci böyük avtomobil istehsalçısıdır.

1390315948_102180_39

MAZDA

Mazda Motor Corporation – Xirosima şəhərində yerləşən yapon avtomobil istehsal edən şirkət. 1920-ci ildə sadə balıqçının oğlu Dzüdziro Matsuda bir qrup investorlarla birlikdə müflis olmuş Abemaki tikinti şirkətini alır. Müəssisənin əsas məhsulu ağacdan düzəldilmiş məlumatlar idi. Şirkəti Toyo Cork Kogyo Ltd. adlandırırlar. 1921-ci ildə isə Matsuda həmin şirkətin prezidenti olur.

1920-ci illərdə müəssisə bir neçə motosikl istehsal edir. Lakin onlara bazarda tələbat olmur. Şirkətin əsas məhsulu maşınqayırma təchizatları olur.

1930-cu illərdə şirkət üçtəkərli velosipedlər istehsal etməyə başlayır. 1931-ci ildə şirkətin adını dəyişib Mazda qoyurlar. Mazda ali zərdüşt tanrısının adıdır və həmçinin holdinqin təsisçisi Matsudanın da adına bənzəyirdi.

1948-ci ildə Amerika bombardmanından sonra Mazda zavodu yenidən üçtəkərli velosipedlərin istehsalına başlayır.

1960-cı ildə Mazda şirkəti ilk avtomobillərini istehsal edir – dörd nəfərlik olan Mazda R360 avtomobili.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər