23 C
Baku
Friday, April 26, 2024

“AzSığorta”nın reytinq üzrə proqnozu “stabil”dən “neqativ”ə dəyişdi

“Fitch” beynəlxalq reytinq agentliyi “AzSığorta” ASC-nin reytinqinə yenidən baxıb. Agentliyin yaydığı məlumata istinadən, “Fitch” şirkətin reytinq üzrə proqnozunu “stabil”dən “neqativ”ə doğru dəyişib.

Eyni zamanda, “Fitch” şirkətin “Sığortaçının Maliyyə Dayanıqlılığı” reytinqini “B” səviyyəsində təsdiq edib.

“Reytinqlə bağlı proqnoz şirkətin zəif biznes profilinin və Azərbaycanda mövcud olan çətin əməliyyat şəraitinə dayanıqlılığının az olmasını, 2017-ci ilin üçüncü rübünün sonuna maliyyə göstəricilərinin kəskin zəifləməsi və fərqli rəqabət üstünlüklərini itirdiyini əks etdirir. “Maliyyə Dayanıqlılığı” reytinqinin təsdiqi isə “AzSığorta”nın güclü nizamnamə kapitalına malik olmasını göstərir”, – deyə məlumatda qeyd olunub.

Qeyd edilib ki, üçüncü rübün sonuna daxilolmaları 17 mln. manat təşkil edən “AzSığorta” ölkənin altıncı ən iri sığortaçısıdır.

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər