21 C
Baku
Friday, April 26, 2024

Google loqotipini yenilədi

Google şirkəti 1 sentyabrda 2014-cü ilin 1 may tarixindən etibarən dəyişmədiyi loqotipinin yenilənməsi ilə bağlı  2 dəqiqəlik video çarxını təqdim etdi.

Google nümayəndələrinin sözlərinə görə, yeni versiya özündə şirkətdə son illər baş verən dəyişiklikləri əks etdirməlidir.

Yeni loqotip nəinki böyük ekranlarda, “ağıllı” saatlar da daxil olmaqla hətta ən kiçik displaylərdə ideal şəkildə görünməlidir. Qeyd edək ki, yeni loqotip şirkətin və onun məhsullarının yeni şəxsi imicini də əks etdirir.

Şirkət əvvəllər identifikasiya üçün istifadə etdiyi “g” simvolunu  4 rəng çalarından (mavi, qırmızı, sarı və yaşıl) ibarət olan “G” ilə əvəz etmişdir.

19d67fff08dda2

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər