21 C
Baku
Friday, April 26, 2024

Hərracda AİF 15 mln. manatlıq istiqraz satıb

Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondu ASC-nin faizli adlı sənədsiz ipoteka istiqrazlarının yeni buraxılışının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

Fonddan Banker.az-a verilən məlumata görə, hərraca çıxarılan istiqrazların nominal qiymətlə həcmi 15 000 000 manat təşkil edib.

Hərrac zamanı sifarişlərin qəbulu Bakı Fond Birjasının ticarət reqlamentinə əsasən saat 11:00-dan 12:30-dək həyata keçirilib.

İstiqrazların buraxılış şərtlərinə əsasən hərrac qiyməti 1,001.17 manat təyin edilib.

İstiqrazlar üzrə toplanmış tələbin həcmi nominal qiymələ 15 000 000 manat təşkil edib. Hərraca çıxarılmış istiqrazlar tam həcmdə yerləşdirilib.

Yerləşdirmənin anderrayteri qismində birja üzvü Paşa Kapital İŞ QSC çıxış edir.
İstiqrazların ödəmə tarixi 18 dekabr 2037-cı ildir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər