14 C
Baku
Wednesday, April 17, 2024

‘Həyat və karyeranızda bir seçim etdikdə, elə bir seçim edin ki sizə bütün qapıları aça bilsin”

Banker.az saytı INSEAD, Cambridgedə təhsil alan, Microsoft, BP və PwC Londonda işləmiş azərbaycanlı xanım Xəyalə Elyazova ilə müsahibəni sizə təqdim edir:

Təhsil
1999-2003 Xəzər Universiteti , Bakalavr
2005-2007 BI Norwegian Business School, MSc in International Management
2015-2015 INSEAD, Executive education
2014-2016 University of Cambridge Executive MBA

Peşəkar təcrübə
2003-2005 BP, Maximo Project management
2008-2017 Microsoft, müxtəlif baş idarəedici vəzifələr , Avropa ve Asiya olkeleri üzrə
2017 Avgust – PwC London , Senior manager (Baş Menecer – İnvestisiyalarin idarə edilməsi, konsaltinq, maliyyə xidmətləri üzrə)

— Xəyalə xanım, Azərbaycanda normal hesab edilən universitetlərdən birində təhsil alırdınız – təhsilinizi xaricidə davam etdirmək fikri birdən-birəmi yarandı ya bu istəyin yaranmasında hansısa hadisəyə borclusunuz?

Xəzər Universiteti həqiqətən də Azərbaycanda ön yerlərdən birini tutur. Universitetə daxil olduğum 1999-ci illər isə Xəzər Universiteti artıq öz sözünü demiş, irəliyə gedən, gələcəyi çox parlaq bir təhsil ocağı kimi görsənirdi. Əmənəmki bu hal hazırdada belədir. Amma bir şeyi çox əminliklə bildirimki magistr dərəcəsi üzrə xarici ölkəyə baş tutacam, çünki o zamanlar yeni biliklər, həyat təcrübəsi və ümumiyyətlə yenilik axtarişinda idim.

— Norveşdə olan universiteti özünüz seçdiniz – ya seçim olaraq bura münasib oldu? Ümumiyyətlə qəbul prosesi çətin idimi? Daha çox hansı mərhələ sizin üçün “chanllage” rolunu oynadı?

Təkcə istəməklə, arzu etməklə bilirsinizki istədiklərimizi əldə edə bilmərik. Bakalavrı fəxri diplomla bitirdikdən sonra BP-nin Bakıdakı ofisində çalışmağa başladım. Amma xaricidə magistr dərəcəsi üzrə təhsil almaq üçün ‘’grant’’ və ’scholarship’ axtarışlarımı davam etdirirdim. Çox gözəl yadımdadır ki, bir gün mənə Xəzər Universitetindən işə zəng vurub bildirdilər ki, Norveçdən qonaqlar gəlib və universiteti fəxri diplomla bitirən məndə daxil olmaqla 20 tələbənin siyahısını istəyiblər. Bu tələbələri Bakıda bir həftə ərzində imtahan və sorğu-sual edib, Osloda magistr dərəcəsi almaq üçün Norveçə göndəriləcək və təhsili Norveç dövləti maliyyələşdirəcək. Təbii ki, sevincimin həddi hüdudu yox idi. 2005 -ci il idi və bu dövrlərdə xarici dövlətin hesabına təhsil almaq çox nadir hallarda rast gəlinən bir hal idi. Norveçli professorlar özləri məni bir həftə ərzində sorğu sual etdilər və yekunda 3 nəfərə universitetdə yer ayırdılar, onlardan biridə mən idim. Və beləliklə yeni bir başlanğıc məni gözləyirdi.

— Səhv etmiriksə, Norvecdəki təhsilinizi başa vurduqdan sonra Londonda Microsoft şirkətində işləməyə başlamısınız. Artıq demək olar ki prestijli bir işə sahib idiniz. Təhsilinizi daha nüfuzlu olan University of Cambridge-də davam etdirmək fikri necə yarandı? İşləyərək hazırlaşmaq və qəbul prosesi çox ağır gəlmədi? Zəhmət olmasa bu universitetə qəbul prosesiniz haqqında danışardınız (hazırlıq, imtahalar, sənədlərin göndərilməsi, maliyyə).

Norveçdə təhsilimi bitirdikdən sonra Bakıya qayıtmışam. 2008-ci ildə mən Microsoftun Mərkəzi və Şərqi Avropa ölkələri qərargahı tərəfindən işə götürülmüşəm (bu prosesdə asan olmadı, lakin xaricidə aldığım magistr dərəcəsinin əhəmiyyəti böyük oldu). 2009-cu ildə məni Microsoftun Avropa əməliyyatları üzrə qərargahı olan İrlandiya, Dublin ofisinə işə dəvət etdilər. 2009-2015 illərdə İrlandiya ofisində bir neçə idarəedici vəzifələrdə işləmişəm. Təbii ki, əldə etdiyim təcrübə əvəzolunmaz idi. Karyeram çox müvəffəqiyyətli olsa bilə yeni liderlik, rəhbərlik, idarə edicilik bilikləri əldə etməyi lazım bilirdim. Birdə ki, daima öz üzərimdə işləməyi çox sevirəm. Bunları nəzərə alaraq dünyanın güclü 4 universitetinə baş vurdum və demək olarki hamısından təklif (qəbul məktubu) aldım. Ancaq Cambridge universiteti mənim çoxdankı arzum idi, ona görə seçimimi Executive MBA təhsili/dərəcəsi üzrə bu universitetə verdim. Bəli, işləyərək oxumaq, hazırlaşmaq çox çətin idi, ancaq fikirləşəndəki, gələcəkdə hansı qapılar mənim üçün açılacaq, bu çətinliklər mənə çox cüzi gəlirdi.

— University of Camrbridge-lə bərabər həmçinin İNSEAD-da təhsil almısınız. Bu EMBA idi ya sadəcə bir o proqramın bir neçə modulunu əhatə edirdi? Ümumiyyətlə çəkilən əziyyətə dəyərdimi?

Əlbəttə, sözsüz dəyərdi və indiyə kimidə töhvəsini görürəm. INSEAD-da təhsilimi Microsoft şirkəti tərəfindən maliyyələşdirilirdi. Şirkət az hallarda olsada iş məhsuldarlığı yüksək olduğu tədqirdə yüksək reytinqli universitetlərdə oxumaq üçün investisiya edir.

—Xəyalə xanım, açığı Azərbaycan xanımının bu qədər uğurlu , bu qədər parlaq və bu qədər məqsədəyönlü fəaliyyəti bizi sevindirməyə bilməz. Xahiş edirəm, hələki universitetdə oxuyan və ya oranı bitirmiş xanımlarımıza məsləhət verərdiniz – xanımlarımız necə uğurlu olsunlar!

Məqsədyönlü və əzmkar olmaq lazımdır. Xanımlarımızla qürur duyuram. Onların həm ölkə daxilində həmdə xaricindəki uğurları məni çox sevindirir. Özünüzə inanın və hər zaman əldə etdiklərinizlə qürur duyun və fəxr edin. Gələcək nəsilir sizin kimi xanımlara ‘’role models’’ ehtiyacı var. İşdə və ya harda olursa bir-birinizə dəstək olun və karyeranızın başlanğıcında özünüzə ‘’mentor’’ tapmağı , sizə yol göstərəcək, məsləhət verə biləcək birini axtarın. Məsləhətim budur ki – həyat və karyeranızda bir seçim etdikdə, elə bir seçim edin ki sizə bütün qapıları aça bilsin.

Son xəbərlər
Digər xəbərlər