23 C
Baku
Friday, April 26, 2024

İcra orqanları ilə iş şöbəsinə Sumqayıt filialı üzrə hüquqşünas və ya mütəxəssis – DəmirBank ASC

“DəmirBank” ASC Problemli Kreditlərin Hüquqi Tənzimlənməsi Departamentinin İcra orqanları ilə iş şöbəsinə Sumqayıt filialı üzrə mütəxəssis və hüquqşünas vakansiyasına işəqəbul elan edir.

28 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən əməkdaşımız ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

• İcra sənədləri əsasında bankın xeyrinə ödənilməli olan pul vəsaitlərinin geri qaytarılması istiqamətində icra məmurlarının qanunvericiliklə nəzərdə tutulmuş və icra etməli olduqları məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb edir;
• İcra məmurlarının qanuni göstərişlərini yerinə yetirməkdən boyun qaçıran borclular özlərinin və ya əmlaklarının axtarışında (kredit dosyesindəki məlulmatlardan istifadə etməklə) və lazımi tədbirlərin görülməsində bilavasitə iştirak edir;
• Əmlak üzərinə həbsin qoyulması, qiymətləndirici dəvət olunması, hərraca göndərilməsi proseslərinin ləngimədən həyata keçirilməsinə nəzarət edir;
• Zəruri hallarda icra məmuru ilə borclunun ünvanına və ya iş  yerinə gedir;
• Filial rəhbərləri və filialın kreditlər üzrə işləyən əməkdaşları ilə əlaqə  saxlayır, lazım gəldikdə müvafiq sənədlərin, məlumatların təqdim edilməsini tələb edir;
• İpoteka, girov və ya üzərinə həbs qoyulmuş, daşınar əmlakların bankın saxlancına yerləşdirilməsi məqsədilə qəbul edir və ünvanına çatdırır.

Namizədə qarşı tələblər:

• Ali təhsil (hüquqi təhsilin olması üstünlükdür);
• Müvafiq sahədə iş təcrübəsi 1 ildən artıq olmalı;
• İcra haqqında qanunu bilməli;
• Stres altında işləməyi bacarmalı;
• Analitik təhlil qabiliyyətinə malik olmalı;
• Ünsiyyət yaratmaq, dinləmək, müşahidə etmək və insan psixologiyasına bələd olmaq qabiliyyətinə malik olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 24 Avqust 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İcra orqanları ilə iş şöbəsinə Sumqayıt filialı üzrə hüquqşünas və ya mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər