13 C
Baku
Monday, May 6, 2024

Norveç Ukraynaya 850 mln. avro dəyərində hərbi yardım göstərib

Son aylarda Norveç Ukraynaya təxminən 1 milyard Norveç kronu (təxminən 850 milyon avro) məbləğində hərbi yardım göstərib.

Bu barədə “RBC-Ukraina” Norveç hökumətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Yardım paketinə artilleriya mərmiləri, tank əleyhinə silahlar, minaaxtaran gəmilər (dəniz minalarının axtarışı, aşkarlanması və məhv edilməsi və gəmilərin minalanmış sahələrdən keçməsi üçün xüsusi təyinatlı gəmi) və tanklara texniki xidmət avadanlığı daxildir.

Bundan başqa, Norveç Ukraynaya M109 tanklarında istifadə edilən 5 min ədəd M72 tank əleyhinə raket və artilleriya mərmisi tədarük edib.

MənbəREPORT
Son xəbərlər
 ⁠
Digər xəbərlər