23 C
Baku
Friday, April 26, 2024

İlin ilk rübünü “Ziraat Bank Azərbaycan” mənfəətlə başa vurdu

“Ziraat Bank Azərbaycan” ASC ilin ilk rübünü mənfəətlə başa vurub.

Banker.az xəbər verir ki, bu barədə Bankın 2018-ci ilin ilk rübünə olan hesabatında deyilir.

Hesabata görə, “Ziraat Bank Azərbaycan” ilink ilin yanvar-mart ayı ərzində 3,35 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 44% daha çox gəlir əldə etməsi deməkdir. Cəmi gəlirlərinin əsas hissəsini də bankın müştərilərə verdiyi kreditlərin faiz gəlirləridir. Cəmi gəlilərinin artımı ilə yanaşı faiz xərcləri da 1,8 dəfə artıb və 1,1 mln. manat həcmində olub. Lakin, göründüyü kimi, cəmi gəlirlərinin xərclərini qarşılamaqla yanaşı Bankın ilin ilk 3 ayını 1,69 mln. manat xalis mənfəətlə bitirməsinə səbəb olub. Bununla da bankın illərdir yığılıb qalan xalis mənfəətinin 15,18 mln. manata çatıb

Müsbət göstərici balansında da özünü büruzə verir

“Ziraat Bank Azərbaycan” cəmi aktivləri son 3 ay ərzində 19 faiz artaraq 222,56 mln. manat təşkil edib. Bunun da 79,41 mln manatı müştərilərə verilmiş kreditlərdir ki, bvu da 3 ay ərzində 16 faiz artması deməkdir.

Bankın depozit portfeli də böyüyərək 89,13 mln. manat təşkil edib ki, bunun da əsas hissəsi, yəni, 58,04 mln. manatı fiziki və hüquqi şəxslərin müddətli depozitləridir.

Qeyd edək ki, bankın hazırda öhdəlikləri 154,71 mln. manat, cəmi kapitalı isə 67,85 mln. manat təşkil edir.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər