18 C
Baku
Saturday, April 27, 2024

“Kölgə iqtisadiyyatı”nın vergiyə cəlb edilməsi büdcəyə milyardlar qazandıra bilər”-Əli Məsimli

Azərbaycanda “kölgə iqtisadiyyatı”nın vergiyə cəlb olunması nəticəsində dövlət büdcəsinə milyardlarla əlavə vəsait cəlb etmək mümkündür. Bu barədə deputat Əli Məsimli 2016-cı ilin dövlət büdcəsinə dəyişikliklərin parlamentin bugünkü plenar iclasında müzakirəsi zamanı bildirib: “Büdcə elə qurulub ki, bu, struktuk dəyişikliyə yardım edə bilər. 18,5 mlrd. manat az məbləğ deyil.”

Millət vəkili həmçinin qeyd edib ki, Mərkəzi Bank inflyasiyanı səngitmək üçün sərt pul-kredit siyasəti həyata keçirir ki, bu da gələcəkdə qeyri-neft sektorunun inkişafını ləngidə bilər.

“Sərtliyə varılması neftdənkənar sahələrin boğulmasına gətirib çıxara bilər. İxrac potensialının neftdənkənar sahələr hesabına artırılması istiqamətində addımları poza bilər. Nazirlər Kabinetini əlaqələndirmə funksiyalarını yerinə yetirməyə çağırıram. Sərt pul siyasəti islahatları ləngidə bilər”, – deyə Ə.Məsimli vurğulayıb.

Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər