Kosmosda ilk otel açılacaq

Amerikalılar 2021-ci ildə kosmosda dünyanın ilk otelini açacaqlar.

Sky News xəbər verir ki,  Kaliforniyanın San Xose şəhərində “Avrora Stansiyası” (Aurora Station) adlı layihənin başlanması müzakirə edilib. Güman edilir ki, ekipaj üzvləri də daxil olmaqla altı nəfər kosmosa 12 günlük səfərə gedə biləcək.

Stansiyanın sərnişinləri Yerdən 322 km məsafədən zövq alaraq məzuniyyətlərini çəkisizlikdə keçirəcəklər. Bunun sayəsində bir gün ərzində orta hesabla 16 dəfə gün doğmasını və batmasını müşahidə etmək mümkündür.

Həmçinin Orion Span-ın qonaqlarına, məsələn, orbitdə məhsul yetişdirmək və ya virtual reallıq texnologiyalarını sınamaq kimi elmi araşdırmalarda iştirak etmək təklif olunacaq. Yüksək sürətli İnternet şəbəkədə təcrübə mübadiləsinə imkan yaradacaq.

Layihənin təsisçisi Frenk Bancerə görə, lüks otel ilk qonaqları 2022-ci ildə qəbul edə biləcək. O əlavə edib ki, kosmosa səfərin hər kəs üçün mümkün olmağını istəyirdi, lakin məlumata görə, stansiyada 12 günlük qalma xərci 9,5 milyon dollar olacaq.

Səfərdən əvvəl turistlər üç aylıq təlim keçməli olacaqlar.

📝 RƏY BİLDİR