15 C
Baku
Friday, April 26, 2024

Kriptovalyutaların ümumi kapitalizasiyası iki dəfə enib

Banker.az xəbər verir ki, kriptovalyutaların dəyərinin demək olar ki, 3000 dollar olduğu zamankı fəal şəkildə artımdan sonra hazırda gözlənilmədən dəyər düşüşü yaşanır.

CoinDesk məlumatlarına görə, əldə edilməsi mümkün olan kriptovalyutaların ümumi bazar dəyəri son ay ərzində demək olar ki iki dəfə, yəni 115 milyard dollardan 61 milyard dollara enib.

Bir sıra populyar kriptovalyutaların dəyəri enib. Ümumilikdə, Bitcoin rəqəmsal valyutasının dəyəri son bir neçə həftədən sonra ilk dəfə 2000 dollar göstəricisinə qədər enib. Ən aşağı səviyyəli qiymətləndirmə 1840 dollar səviyyəsində idi. Son iki ay ərzində Bitcoin belə ucuz olmamışdı.

Digər populyar kriptovalyuta olan Ethereum-un da dəyəri enib. Rəqəmsal valyutaların dəyərinin belə qəfil enməsi səbəbi isə adəti üzrə bəlli deyil.

Bütün bunlar kriptovalyutaların kütləvi şəkildə populyarlaşması fonunda baş verir. Bütün dünya üzrə maynerlər videokart və kriptovalyuta əldə etmək üçün digər cihazlar alırlar, buradan qazancla ayrılan isə sözügedən bu cihazların istehsalçılarıdır.

Qeyd etmək lazımdır ki, bu qiymətlərin ilk belə düşüşü deyil. Belə ki, iyun ayının ortalarında Bitcoin valyutasının dəyəri demək olar ki, 3000 dollardan 2000 dollardan bir qədər çox göstəriciyə qədər enmişdi. Ay ərzində qiymət 2600 dollardan yuxarı qalxmağı bacarsa da, əvvəlki rekordu üstələyə bilməmişdi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər