Məğlubedilməz rəhbərin sirləri

Sadələşdirin: Bütün diqqətinizi yalnızca bir ideyaya yönləndirin və bütün kənar elementlərdən uzaqlaşın. Extole şirkətində Metyu Roş bütün diqqətini müştəri məsləhətlərinə yönləndirmək üçün şirkətin layihələrinin 80%-ni ləğv etmişdi.

Uzaqgörənliyi unudun: İnsanlara əl ilə tuta biləcəkləri şeyləri bəxş edin. Extole şirkəti özünü belə təqdim edir: asanlıqla istifadə etmək, asanlıqla yaratmaq, asanlıqla qalib gəlmək. Bu sözlərdə şirkətin məhz nə istehsal edildiyi deyil, bunu necə etdiyi təsvir edilib.

Addım-addım idarə edin: Bir andaca bütün ölkəni fəth etməyə can atmayın. İlk olaraq hədəfə bir şəhəri alın. Hər kəs sizin məqsədlərinizi, bunda öz rolunu və bunun şirkətin tapşırığında necə əks olunduğunu bilməlidir. Fərdi və qrup məqsədləri çox dəqiq şəkildə təsvir edilməlidir. Məsələn, müştərinin sorğusuna cavab vermə müddətini 4000 millisaniyədən 2000 millisaniyəyə endirmək.

Daim öyrənən təşkilat yaradın: Bu insanlarda olduğu kimidir: şirkət daim yenilikləri öyrənməli və məlumatların düzgün istiqamətini təyin etməlidir. Bundan əlavə, şirkət yeni ideyaları sürətlə tətbiq etməyi bacarmalıdır.

Açar mövqeli dəyərləri təyin edin: Şirkətdə çoxlu sayda şöbə olsa da, onların hər biri eyni istiqamətdə hərəkət etməlidir.

Ölçün və adaptasiya olun: Bu effektiv qərarvermənin əsas amilidir. Onlar faydasız ikifikirliliyi uzaqlaşdırmağa və aydınlıq qazanmağa kömək edir. Doğru rəqəmləri tapmaq elə də çətin deyil. Bu sadəlik və düzgün ünsiyyəti tapmaq formasıdır, sadəcə rəqəmlər formasında.

Fikrinizi yayındırmaq üçün zaman ayırın: İstirahət üçün zaman həyati vacib məsələdir. Sadəcə olaraq dincəlmək, insanlarla ünsiyyət qurmaq, iş barədə düşüncələrdən uzaq olmaq xüsusi olaraq vacib məsələdir.

Özünüzü etibar etdiyiniz insanlarla əhatə edin: Ətrafınızı etibar etdiyiniz insanlarla çevrələyin. Şirkətlərin əksəriyyəti şəxsi səbəblərə görə məhvə sürüklənir.