24 C
Baku
Friday, April 26, 2024

Mənimsəmənin qeyri-mükəmməlliyinin aradan qaldırılması

Müəllif: Hari Markus (Gаry Mаrсus),  Nyu-York universitetinin psixologiya professoru, koqnivistika (mənimsəmə haqqında elm) sahəsində mütəxəssis. Material ingilis dilindən adaptasiya edilmiş tərcümədə dərc edilir.  

 Bizim intellektual nailiyyətlərimiz əhəmiyyətli dərəcədə yüksək ola bilər. Onların inkişafı və təkmilləşdirilməsi üçün sizə hər biri təcrübədə yoxlanılmış on üç məsləhət təklif edirik.

Onların hamısı insan təfəkkürünün empirik tədqiqatlara əsaslanır və bizim təkamül  də bu və ya digər çatışmazlığın əvəz edilməsi üsullarını təklif edir. İnsan təfəkkürünün real qüvvələri və zəiflikləri nisbətini başa düşməyə malik olmaqla biz ancaq özümüzə deyil, bizə yaxın adamlara da kömək etmək imkanını əldə edirik.

İnsan digər canlılar arasında özünə bərabəri olmayan intellektual qabiliyyətlərə malikdir. Biz danışmağı, fikirləşməyi, rəqs etməyi, oxumağı bacarırıq. Biz siyasət və ədalət haqqında fikir söyləyə bilirik; biz ancaq öz rufahımız naminə deyil, bütün bəşəriyyət naminə çalışmaq qabiliyyətindəyik. Biz riyaziyyat və fizikaya yiyələnirik, ixtira edirik, oxuyuruq, şeirlər qoşuruq. Heç bir başqa növ canlı buna oxşar işi görmək qabilliyyətində deyil.

Lakin hər şey o qədər də aydın deyil. Nitq və şüurlu nəticələrə gəlmək mexanizmləri çox böyük mədəni və texniki nailiyyətlərə gətirmişdilər, lakin bizim dohominid əcdadlarımızda milyard il ərzində inkişaf edən beynimiz artıq bunların öhdəsindən gəlmir. Bizim genetik materialımız əsasən nitq və şüurlu təfəkkürümüzün mövcud olduğundan əvvəl inkişaf edirdi. Və çox sayda natamamlıqlar: lövbər effekti, freyminq, özünə qeyri adekvat nəzarət, bir yerdə dövr etmək, fokuslaşma illyuziyası, motivlənmiş nəticələr, yaddaş səhvləri, hələ huşsuzluqdan danışmırıq, linqvistik sistemin ambivalentliyi və insan psixikasının pozuntulara meyilli olması qalır. Kontekstual şəkildə asılı olaraq, bizim yaddaşımız müasir həyatın çox sayda tələblərinə pis uyğunlaşıb. Bizim irsi mexanizmlərimiz başqa mühitdə formalaşıb. Beynimiz mükəmməllikdən uzaqdır.

Bizim intellektual nailiyyətlərimiz daha yaxşı ola bilər.  Onların inkişafı və təkmilləşdirilməsi üçün sizə hər biri təcrübədə yoxlanılmış on üç məsləhət təklif edirik.  Onların hamısı insan təfəkkürünün empirik tədqiqatlarına əsaslanır və bizim təkamüldə bu və ya digər çatışmazlığın əvəz edilməsi üsullarını təklif edir.

1. İmkan olduqda hər zaman alternativ varianta baxmağa çalışın.  İnsanların faktları soyuqqanlı və obyektiv qiymətləndirmək vərdişi yoxdur. Bizim götür-qoy etmək və düşünmək qabiliyyətimizin yaxşılaşdırılasının ən  sadə üsulu  özümüzü alternativ fərziyyələrə baxmağa öyrəşdirməyimizdir. Özümüzü alternativlər siyahısını yazmağa məcbur etmək, düşüncələrinizin etibarlı olduğunu yüksəltmək kifayətdir. Bir sıra tədqiqatlar sadə “əks fikrə baxmaq” prinsipinin dəyərli olduğunu göstərdi, digərləri indi baş verdiyi hadisə ətrafında cəmləşmək əvəzinə, nəyin olacağı yaxud ola biləcəyinə baxıldığı halda “faktlara  zidd” prinsipinin tədqiqatlarının faydalı olduğu haqqında xəbər verirlər. Düzgün seçim çox vaxt ancaq sonda qəbul edilən variantı başa düşməyi deyil, rədd edilmiş variantları da başa düşməyi tələb edir.

2. Sualı başqa şəkildə ifadə edin. Hansı sabun yaxşıdır: qarışıqsız 99,4%-li yoxsa daxilində 0,6% zəhərli maddələr olan?  Siyasətçilər, reklamçılar, və hətta bizim yerli supermarketin personalı həmişə biz eşitdiyimiz, gördüyümüz və oxuduğumuz reklamda hiylə işlədirlər. Hamı hər şeyi müsbət şəkildə təsəvvür etməyə çalışır. Bizim, isrehlakçılar kimi, seçicilər kimi, vətəndaşlar kimi vəzifəmiz sayıq olmaq və bizdən soruşulanların hamısını özümüzdə yenidən düşünmək vərdişinin inkişafıdır. Kontekstual yaddaş bizim həmişə axının əksinə üzməyimizi nəzərdə tutur: bizim nə haqda isə düşünməyimiz bizim yaddaşımızda qalanı formalaşdırır, bizim yaddaşımızda qalan isə cavablarımıza təsir edir.

3. Heç vaxt unutmayın ki, korrelyasiya səbəb-nəticə əlaqəsini nəzərdə tutmur. İstərsiz inanın, istərsiz yox, lakin əgər Birləşmiş Ştatların əhalisini götürsək onların ayaqqabılarının ölçüsü bilik səviyyələri ilə çox əlaqələndirilə bilər. İri ölçüdə ayaqqabısı olan insanlar tarix və coğrafiyanı ayaqları kiçik olan insanlardan daha yaxşı bilirlər.  Lakin bu qətiyyən o demək deyil ki, iri ölçüdə ayaqqabı almaqla yaxud iri ayağınız olmaqla siz ağıllı olacaqsız. Bu korrelyasiyanın başqaları kimi, əslində olduğundan  daha əhəmiyyətli olduğu görünür, çünki bizdə təbii olaraq korrelyasiyanı və səbəb-nəticə əlaqələrini qarışdırmaq meyli var. Təsvir edilmiş korrelyasiya doğurdan da mövcuddur, lakin burdan bir faktorun digər faktordan asılı olması  irəli gəlmir. Görünən korrelyasiyanın açıqlaması ondan ibarətdir ki, ən balaca ayaqları olan, ən balaca ölçüdə ayaqqabı geyinənlər bizim planetin ən yeni sakinləridirlər: tarix dərsinə getmək üçün həddindən artıq gənc olan balaca uşaqlardır. Biz böyüdükcə öyrənirik, lakin bu o demək deyil ki, fiziki böyümək ilə bizim biliyimiz artır.

4. Sizin etdiyiniz seçimin ölçüsü haqqında unutmayın. İnsanlar çox vaxt öz nəticələrini formalaşdırmaq üçün istifadə etdikləri məlumatların miqdarına diqqət yetirmirlər. Hər bir konkret hadisə öz-özünə əmələ gələ bilər, lakin eyni modelin hər dəfə yenidən təkrarlanması bunun təsadüfi vəziyyət olmamasına sübutdur.. Riyaziyyat dilində desək, seçim nə qədər çox olsa, qiymətləndirmə bir o qədər etibarlıdır. Bu səbəbdən 2 000 insanla keçirilən sorğu, 200 insanla keçirilən sorğudan etibarlıdır. Bu fakt nə qədər aydın olsa, bir o qədər asanlıqla yaddaşdan çıxır. Biz tamamilə heç nə əks etdirməyən məhdudlaşmış müşahidələr ilə (deyək ki, fond birjasının bir iş günü haqqında) qanunauyğunluqlara “izahatlar” axtarmağa davam edirik. Birja analitikləri bazarda baş verən dəyişiklikləri çox vaxt konkret xəbərlərdə verilən hadisələrlə əlaqələndirirlər. “Bu gün bazar artmaqdadır, çünki X şirkəti dördüncü rüb üzrə yüksək nəticələr haqqında xəbər yaymışdır”. Siz axırıncı dəfə nə vaxt eşitmisiz ki, analitik desin: “Əslində bazarda bu günkü artım təsadüfi enib-qalxmadır”?

5. Öz impulsivliyinizi qabaqcadan düşünün. Dəniz pərilərinə olan tamahına müqavvimət göstərmək üçün Odissey özünü dar ağaçına bağlamışdı; bizim hamımız üçün bu, nümunə olmalıdır.  Müqayisə edin, siz mağazadan ac olduğunuz vaxt və doyumlu nahardan sonra nə qədər ərzaq alırsız.  Biz əvvəlcədən özümüzü lazım olduğunu almağa köklədiyimiz halda, evə daha keyfiyyətli ərzaqla geri dönürük.  Biz onu qarşımızda gördükdə tamah hər şeydən güclü olur, bu səbəbdən əgər bir dəgigəlik coşqunluq təsirinə davam gətirərək gələcəyə plan qursaq, çox vaxt üstünlük əldə edirik.

6. Sadəcə məqsədləri qoymaq kifayət deyil. Müxtəlif vəziyyətləri nəzərə almaqla planlar tərtib edin. Çox halda bu kimi dumanlı məqsədlərə nail olmaq mümkün deyil: “Mən arıqlamağa hazırlaşıram” yaxud “Mən bu işi vaxtından əvvəl qurtarmağı planlaşdırıram”. Daha konkret məqsədin də qoyulması kifayət etmir (“Mən çəkimdən iki kilo yarım atmağı planlaşdırıram”).  Lakin tədqiqatlar göstərir ki, gözlənilməz vəziyyətləri nəzərə almaqla məqsədləri planlara, “əgər X-dirsə, deməli Y” olacaq formasında (məsələn “Əgər mən qamburger görsəm, ondan yan keçəcəm”) transformasiya etsək, biz müvəffəqiyyətə olan şansımızı artıra bilərik.

7. Yorğun yaxud başqa işlə məşğul olduğunuz zaman, vacib qərarlar qəbul etməyin. Bu halda vacib məsələlər haqqında ətraflı düşünmək, avtomobili alkoqollu içki qəbul edib idarə etməyi xatırladır. Biz yorulanda yaxud fikrimizdən yayınanda, daha çox, reflekslərimizə, məntiqə və düşüncəyə isə az arxayın oluruq.   Məsələn, bir tədqiqat göstərdi ki, qarşısında meyvə salatı və şokoladlı pirojna arasında seçim olan sağlam düşüncəli alıcı, əgər ona eyni zamanda yeddi rəqəmli nömrə xatırlamağa məcbur edilsə daha çox ehtimalla pirojnaya üstünlük verəcək.  Əgər sizə səmərəlilik lazımdırsa, bunun üçün şərait yaratmaq vacibdır:  vacib qərarlar üçün adekvat rahatlıq və fikirin tam toplanması lazımdır.

8. Həmişə faydaları və xərcləri əlaqələndirin. Mənasız səslənir, lakin bu xüsusiyyət insanda təbiətdən yoxdur. İnsanlar ya özlərinin fəaliyyət xərclərində (əgər mən konsertə getməsəm, mən biletə xərclədiyim pulları itirəcəm) diqqətləri cəlb edərək  ruhun “preventiv” halında olur, yaxud öz fəaliyyətlərinin üstünlüklərinə (orada əla olacaq; əgər səhər işə gecilsəm qorxulu bir şey baş verməz) diqqəti cəlb edirlər. Əlbəttə ki, ağıllı fikir müsbət və mənfi cəhətləri ölçüb-biçməyi tələb edir. Əgər ehtiyyat göstərməsək, bu halda bizim yolumuzda əhval-ruhiyyə və çoşqunluq duracaq. İqtisadçıların “öhdəsinə qoyulmuş, gizli xərclər” adlandırdıqlarına diqqət yetirin: siz necə  investisiyalar etsəz də, bunun əvəzinə nə edə biləcəyiniz haqqında fikirləşin. Bir yol seçərək, əksər halda başqası ilə getmək mümkün deyil,  bu haqda biz çox vaxt unuduruq.

9. Təsəvvür edin ki, sizin qərarlarınız yoxlanıla bilər.    Tədqiqatlar göstərir: cavablarının əsaslandırılmasının lazım olacağını hesab edən insanlar, bunu etməməyi hesab edənlərlə nisbətdə daha az bitərəfdirlər.  Biz qərarlarımıza cavab verməyin tələb olduğunu gözlədiyimiz halda, daha çox qüvvə sərf etməyə meyilliyik, və müvafiq olaraq hərtərəfli analizdən sonra daha ətraflı düşünülmüş qərarları qəbul edirik. Məhz bu səbəbdən (bu, tədqiqatlarla təsdiq olunub) ofis əməkdaşları  göz şəkli (nəzarət altında olduğu təsiri edən) təsvir edilmiş ümumi qəhvə aparatından olan qəhvənin pulunu, gül şəkli təsvir olunmuş aparatdan daha tez ödəyirlər.

10. Vəziyyətdən kənar olun. Buddistlər deyirlər ki, hər şey həmən an üçün daha əhəmiyyətli hesab edilir, və mahiyyət etibarilə onlar haqlıdırlar.  Əgər sizin üstünüzə idarə olunmayan maşın gəlirsə, hər şeyi atmaq və bütün enerjini qısa müddətli məqsəd üzərində toplamaq lazımdır: qəzadan yaxa qurtarmaq. Lakin əgər mən nahara bütöv bir şokoladlı tort yemək istəyirəmsə, bu halda mən əvvəl özümdən soruşmalıyam: mən özümün yaxın olan məqsədimi (şirniyyatdan doyunca yemək) uzun müddətli məqsədlərimə (sağlam qalmaq) nisbətən həddindən artıq qiymətləndirmirəm ki? Yaxud başqa bir misal: indi sizə rəhbərinizi alçaldıcı tənqid edərək elektron məktub göndərmək ola bilsin ki, çox xoş olardı, lakin sonrakı həftə siz buna təəssüflənə bilərsiz.
Bizim beynimiz elə qurulub ki, biz yaxın və uzaq hadisələri müxtəlif cür dərk edirik: yaxın hadisə haqqında konkret, uzaq hadisə haqqında abstrakt düşünürük. Hər zaman uzaq gələcəyə üstünlük vermək yaxşı deyil. Əgər siz indi altı ay sonra nəyi isə etməyə vəd verirsinizsə, bu vəd hal hazırda asan yerinə yetirə bilinicəyi kimi görünə bilər. Lakin vəd verdiyiniz müddət yaxınlaşdıqca o, sizə daha ağır yerinə yetirilə biləcək görünə bilər. Həmişə özünüzdən soruşun: bu həlli mən gələcəkdə necə dərk edə biləcəm? Hər iki, ən yaxın və uzaq düşünmə modelini tarazlaşdırmağa çalışaraq, hal hazırki dərk etmənizi və həmən hadisələrə gələcəkdə olacaq münasibətiniz arasında fərqi başa düşməyi öyrənin. Bu halda sizin hal hazırki əhval-ruhiyyənizə yaxud halınıza əsaslanan, tələsərək qəbul etdiyiniz qərarların qurbanı olmayacaqsız. Burdan nəticə: bir qədər gözləyin. Əgər sabah siz əvvəlki kimi yenə də bunu istəsəz, yəqin ki, bu vacibdir. Əgər tələbat keçirsə, yəqin bu o qədər də vacib deyilmiş. Empirik tədqiqatlar göstərir ki, irrasional çoşqunluq zamanla keçir, mürəkkəb qərarlar isə onlara yetişmək imkanı verdikdə daha yaxşı qəbul edilir.

11. Parlaqlıqdan, subyektivlikdən və gülünclükdən boyun qaçırın. Bu, vəziyyətdən uzaqlaşma prinsipinin daha bir nəticəsidir. Bizim dörd ayaqlı əcdadlarımız yəqin ki, diqqətlərini birinci növbədə parlaq və nəzəri cəlb edən nəyə isə yönəldirdilər. Biz isə fikir və zaman üstünlüklərini öz ixtiyarımıza verə bilərik. Nə üçün biz birinci növbədə müşahidələrə və şayiələrə deyil, bununla parlaqlıqlara olan zəifliyimizi əvəz edərək elmi məlumatlara diqqət yetirərək onlardan istifadə etməyək?

12. Əsasını seçin.   Ciddi qərarlar biz tərəfdən psixoloji və hətta fiziki olaraq ağır qəbul edilir. Çox vaxt qərarın qəbulunu tam məlumat aldığımız ana kimi saxlamaq olmur. Eləcə də sizin də gözlənilməz vəziyyətlərin və alternativlərin öyrənilməsinə kifayət qədər vaxtınız olmaya bilər. Bu səbəbdən ona eyni yaxınlıqda və dadlı olan iki ot tayasına üstünlük verməyə cəhd edərək acından ölən buridan eşşəyi haqqında hekayəni unutmayın. Ancaq vacib qərarlar haqqınada ətraflı düşünmək hüququnu özünüzdə saxlayın.

13. Səmərəli olmağa çalışın. Bu axırıncı məsləhət sizə birjada oynamaq üçün dünyada ən faydasız “ucuz al, baha sat” ilə bərabər mənasız və adi görünə bilər: nəzəriyyədə yaxçıdır, lakin praktikada faydasızdır.  Əslində isə özünüzə səmərəli olmağın lazım olduğunu xatırlatmaq göründüyü qədər də faydasız deyil. Bunu yadda saxlayaraq, siz digər yuxarıda göstərilən texnikalar haqqında xatırlayacaqsız (xüsusən də alternativlərə baxmağı yaxud vəziyyətdən kənarlaşmağı).
İnsan təfəkkürünün real qüvvələri və zəiflikləri nisbətini başa düşməyə malik olmaqla biz ancaq özümüzə deyil, bizə yaxın adamlara da kömək etmək imkanı əldə edirik.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər