14 C
Baku
Friday, May 17, 2024

İpoteka krediti əldə edən zaman ən çox girov qoyulan əmlaklar – Siyahı

Bir çox vətəndaşlar yaşayış evi və ya mənzil almaq üçün ipoteka kreditinə müraciət edirlər. Daşınmaz əmlakın girov predmeti olması isə bu bazarın canlanmasına səbəb olur. Bu sahə üzrə 2024-cü ilin yanvar-mart aylarının statistikasına nəzər yetirək.

Banker.az xəbər verir ki, bu ilin birinci rübündə ölkəmizdə 16.537 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi qeydə alınıb. Bu, 2023-cü ilin müvafiq hesabat dövrü ilə müqayisədə 1.177 ədəd və ya 6,6% azdır.

Ən çox girov qoyulan daşınmaz əmlaklar

Azərbaycanda girov qoyulan əmlaklar arasında mənzillər, torpaq sahələri və fərdi yaşayış evləri üstünlük təşkil edir. Ən çox girov qoyulan daşınmaz əmlak isə mənzildir. Belə ki, 2024-cü ilin yanvar-mart ayları ərzində 45.532 mənzil üzrə ipoteka müqaviləsi bağlanılıb. Bu dövrdə girov qoyulmuş 81.762 əmlakdan 16.750-si torpaq sahəsinin, 11.866-sı isə fərdi yaşayış evinin payına düşür.

Daşınmaz əmlak növləri üzrə  ipoteka müqavilələri 

Əmlak növləri Müqavilə sayı Ümumi göstəricidə payı (faizlə)
Mənzil 8249 49,9%
Torpaq sahəsi 4235 25,6%
Fərdi yaşayış evləri 2479 15,0%
Qeyri-yaşayış sahələri 534 3,2%
Qeyri-yaşayış binaları 527 3,2%
Bağ evləri 323 2,0%
Digərlər 190 1,1%
Ümumi 16537 100,0%

 

Daşınmaz əmlak üzrə ən çox ipoteka müqaviləsi paytaxt Bakıda bağlanıb

2024-cü ilin birinci rübü yanvar-mart ayları ərzində Bakıda 8.244  ipoteka müqaviləsi bağlanılıb ki, bu da ölkə üzrə ümumi göstəricinin 49,8%-ni təşkil edir. Paytaxtdan sonra ipotekanın ən çox dövlət qeydiyyatı Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 4 saylı Abşeron (1.812 müqavilə), 2 saylı Sumqayıt (1.350 müqavilə), 5 saylı Xaçmaz (899 müqavilə) və 3 saylı Gəncə ərazi idarələrində (674 müqavilə) aparılıb. Bu, həmin bölgələrdəki iqtisadi aktivliyin göstəricilərindən biri kimi də qiymətləndirilə bilər.

İpoteka müqavilələrinin sayına görə ərazi idarələri

Sıra № Ərazi idarələri İpoteka müqaviləsinin ümumi sayı Ölkə üzrə göstəricidə payı

(faizlə)

1. 1 saylı Bakı Ərazi İdarəsi 8244 49,9%
2. 4 saylı Abşeron Ərazi İdarəsi 1812 11,0%
3. 2 saylı Sumqayıt Ərazi İdarəsi 1350 8,2%
4. 5 saylı Xaçmaz Ərazi İdarəsi 899 5,4%
5. 3 saylı Gəncə Ərazi İdarəsi 674 4,1%
6. 7 saylı Bərdə Ərazi İdarəsi 556 3,4%
7. 10 saylı Lənkəran Ərazi İdarəsi 372 2,2%
8. 13 saylı Şirvan Ərazi İdarəsi 331 2,0%
9. 17 saylı Yevlax Ərazi İdarəsi 313 1,9%
10. 9 saylı Qəbələ Ərazi İdarəsi 310 1,9%
11. 11 saylı Şəmkir Ərazi İdarəsi 287 1,7%
12. 15 saylı Tovuz Ərazi İdarəsi 287 1,7%
13. 12 saylı Şəki Ərazi İdarəsi 262 1,6%
14. 6 saylı Beyləqan Ərazi İdarəsi 246 1,5%
15. 14 saylı Şamaxı Ərazi İdarəsi 170 1,0%
16. 8 saylı Cəlilabad Ərazi İdarəsi 165 1,0%
17. 18 saylı Zaqatala Ərazi İdarəsi 149 0,9%
18. 16 saylı Ucar Ərazi İdarəsi 110 0,7%
Ölkə üzrə 16537 100.0%

 

Mənzillərin ən çox girov qoyulduğu bölgələr

2024-cü ilin yanvar-mart ayları ərzində ölkədə mənzillərin ən çox girov qoyulduğu ərazilər Bakı, Abşeron və Sumqayıtdır. Girov qoyulan mənzillərin 90,7%-i bu üç ərazi idarəsinin payına düşür. Mənzillərin ən az girov qoyulduğu bölgələr isə 9 saylı Qəbələ (3 müqavilə), 14 saylı Şamaxı (3 müqavilə) və 11 saylı Şəmkir (6 müqavilə) ərazi idarələridir.

Mənzillərin ən çox girov qoyulduğu ərazi idarələri

Sıra № Ərazi idarələri İpoteka müqaviləsinin sayı Ölkə üzrə göstəricidə payı

(faizlə)

1. 1 saylı Bakı Ərazi İdarəsi 6023 73,0%
2. 4 saylı Abşeron Ərazi İdarəsi 995 12,1%
3. 2 saylı Sumqayıt Ərazi İdarəsi 462 5,6%
4. 3 saylı Gəncə Ərazi İdarəsi 245 3,0%
5. 10 saylı Lənkəran Ərazi İdarəsi 211 2,6%

 

Fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu regionlar

2024-cü ilin yanvar-mart ayları ərzində girov qoyulan fərdi yaşayış evlərinin sayına görə də paytaxt Bakı ilk yeri tutur. Bununla belə, bölgələrdə də bu kateqoriya üzrə aktivlik müşahidə olunur. Belə ki, ölkə regionlarında fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu ərazilər 7 saylı Bərdə, 3 saylı Gəncə və 5 saylı Xaçmaz ərazi idarələrinin əhatə etdiyi rayonlardadır.

Fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu ərazi idarələri

Sıra № Ərazi İdarələri İpoteka müqaviləsinin sayı Ölkə üzrə göstəricidə payı

(faizlə)

1. 1 saylı Bakı Ərazi İdarəsi 653 26,3%
2. 4 saylı Abşeron Ərazi İdarəsi 373 15,0%
3. 7 saylı Bərdə Ərazi İdarəsi 245 9,9%
4. 3 saylı Gəncə Ərazi İdarəsi 209 8,4%
5. 5 saylı Xaçmaz Ərazi İdarəsi 161 6,5%

 

Torpaq sahələrinin ən çox girov qoyulduğu bölgələr

Hesabat dövrü ərzində ən çox torpaq sahəsinin girov qoyulduğu ərazilər sırasında ilk üçlüyü müvafiq olaraq 5 saylı Xaçmaz, 2 saylı Sumqayıt və 1 saylı Bakı ərazi idarələri tamamlayır. Torpaqların ən az girov qoyulduğu bölgələr isə 10 saylı Lənkəran (39 müqavilə) və 16 saylı Ucar (46 müqavilə) ərazi idarələrinin əhatə etdiyi rayonlardır.

Torpaq sahələrinin ən çox girov qoyulduğu ərazi idarələri

Sıra № Ərazi idarələri İpoteka müqaviləsinin sayı Ölkə üzrə göstəricidə payı

(faizlə)

1. 5 saylı Xaçmaz Ərazi İdarəsi 684 16,2%
2. 2 saylı Sumqayıt Ərazi İdarəsi 683 16,1%
3. 1 saylı Bakı Ərazi İdarəsi 660 15,6%
4. 4 saylı Abşeron Ərazi İdarəsi 367 8,7%
5. 7 saylı Bərdə Ərazi İdarəsi 243 5,7%

 

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər