21 C
Baku
Friday, April 26, 2024

Maliyyə bazarlarında ciddi narahatlıq yaranıb, Agentlik deyir

ABŞ-da inflyasiyanın sürətlənməsi qlobal maliyyə bazarlarında narahatlığa səbəb olub. İlk reaksiyanı istiqraz bazarları verib. ABŞ-ın 10 illik dövlət istiqrazlarının faizi bu gün 2,885% səviyyəsinə qədər yüksəlib. Bu, son 4 ilin maksimal səviyyəsi hesab edilir. Xatırladaq ki, bu dövlət istiqrazlarının gəlirliliyi 2014-cü ilin yanvarında 3,041% səviyyəsinə qədər yüksəlib. Bu səviyyə keçildiyi halda faizlərin 4%-ə qədər artacağı proqnozlaşdırılır.

Report İnformasiya Agentliyi bildirir ki, beynəlxalq eksoertlər 3% səviyyəsinin keçilməsi halında qlobal təşvişin yaranacağını bildirsələr də, hazırda belə bir durumun baş verməsi real görünmür. Çünki, dolların məzənnəsi ABŞ Prezidenti Donald Trampın proteksionist siyasəti nəticəsində ucuz səviyyədə qalmağa davam edir. “Report” qlobal maliyyə bazarlarında təşviş və böhranın 2019-cu ilin ilk aylarından etibarən başlayacağını ehtimal edir. Buna səbəb kimi, ABŞ hökuməti tərəfindən iqtisadiyyatın tam şəkildə möhkəmlənməsi arzusu, monetar stimullaşdırma zamanı bazara verilmiş likvidliyin geri qaytarılması və uçot dərəcəsinin artırılmasını həyata keçirməkdir.

“Report” qlobal maliyyə bazarında böhran vəziyyətinin ABŞ-da uçot dərəcəsinin 3,5-4% səviyyəsinə qədər artırılandan sonra baş verə biləcəyini ehtimal edir. Bu il üçün FED-in uçot dərəcəsini 1-1,5 faiz bəndi, 2019-cu ildə isə daha 0,5-1 faiz bəndi artırması gözlənilir. ABŞ dollarının ilin ikinci yarısından etibarən yumşaq şəkildə möhkəmlənəcəyi, neft və qızıl qiymətlərinin azalacağı ehtimal edilir. USD/EUR-un 2019-cu ildə paritetə, neftin 40 dollar/barelə, qızılın 1 000 dollar/unsiyaya qədər ucuzlaşması proqnozlaşdırılır. Növbəti ildə kriptovalyuta bazarında da ciddi problemlər yarana bilər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər