23 C
Baku
Friday, April 26, 2024

Manat & Dollar & Euro və ya Böhran varmı?!

İlk əvvəl gəlin iqtisadi böhran termininə aydınlıq gərirək. Əgər biz hansı əlamətdən danışırıqsa, ilk əvvəl onu düzgün formada traktovka etməliyik. İqtisadi böhran (makro və ya mikro səviyyədə) dövlətin (şirkətin, fərdin və s.) öz öhdəliklərini yerinə yetirmək üçün, kifayət qədər maliyyə ehtiyyatlarının olmaması prosesidir. Başqa sözlə desək, böhran – borcu qaytara bilməmə prosesidir. Misal üçün, qonşumuz Həsən dayı… aldığı krediti, ailəsinin gündəlik təlabətı, övladının təhsili və s. tipli xərcləri ödəmək üçün yetəri resursa (pula) sahib deyilsə, o böhrandadır. Eyni şey dövlətə, nazirliyə, sektora, şirkətə aiddir. Əgər Siz maliyyə öhdəliklərini yerinə yetirmək üçün yetərində maliyyə resursunuz yoxdursa… deməli Siz (iraq Sizdən) böhradasız!) Xüsusi savadlı adamlar üçün “düstur” yazım:

Lazım olan pul > Əldə olan pul – BÖHRAN

Bugün istər sosial şəbəkələrdə, istərsədə cəmiyyətdə milli valyutamızın kursu haqqında danışırlar. Biz bilirik ki, böhranda olan ölkələrdə milli valyuta zəifləyir… baxın, diqqət edək. Milli valyuta böhran olmayanda belə zəifləyə bilər (bu haqda yazacam) amma böhran dövründə valyutanın zəifləməsi çox sadə olan aşağıdakı səbəbdən olur… ölkənin xarici ölkələr qarşısında öhdəlikləri artır, bu öhdəlikləri ödəmək üçün xarici valyutaya ehtiyyac çoxalır və hamımızın bildiyi sadə iqtisadi qanuna görə, hansısa əmtəə, təklif stabil, tələb artsa bazarda defisit əmələ gələcək, sözü gedən əmtəənin qiyməti qalxacaq.

Amma burda son dərəcə incə bir məsələ var. Normal iqtisadiyyatlarda ölkə idxal və ixracla tənzimlənir. Yəni ÜDM, xaricdən gələn mallara nisbətən daha çox olduğu təqdirdə, ölkə iqtisadiyyatı daha rahat “nəfəs” alır. Bizim halda, hər nə qədərdə burda “neft”, “qaz” amili olsada, ölkəmizdən ixrac edilən məhsullar kifayət qədərdir və bu bizim milli valyutamızın güclü olmasına gətirib çıxarır. Nə oslun, yalnız neft satırıq… əvəzində nəsə satırıq axı!)) Başqa sözlə desək, biz hər nə qədərdə (ürək ağrısı ilə qəbul etsəkdə) xaricdən taxıl, kartof, soğan və s. mallar alsaqda ölkəmiz satdığı neftlə daxildə olan tarazlığı qoruya bilir. Yadımıza yenə salaq… nəyinsə qiyməti nə vaxt qalxır?! O vaxt ki, bazarda ona olan tələb təklifi üstələyir… bizim halda bu belə deyil (!)

P.S. Yazacam demişdim… bəzən ölkənin milli valyutasının düşməsi hemin ölkə iqtisadiyyatı üçün xeyrli olur. Məsələn hal-hazırda Evronun düşməsi, Euro zonada olan şirkətlər üçün faydadır. Onların məhsulların qiyməti azalır. Məsələn, daha əvvəl biz şərti fransuz parfumeriyasını 50 Evroya alırdıqsa və 1 Evro = 1 manata bərabət edisə, indi eyni parfumu fransadan aldıqda verdiyimiz 50 Evro artıq, 40 manatdır… deməli artıq bu parfumeriyanı almaq daha ucuz başa gəlir  və s.

Son 3-4 ayda… təbii ki, bazarda “dollara” olan tələb, digər aylara görə qat-qat yuxarıdır. Səbəb kimi, əhalinin əlində yığıldığı “qara gün” pulunun kütləvi şəkildə dollarlaşdırılmasıdır. Bu təbiidir. Hamı görür ki, neft düşür – neft bizim üçün əsas dollar gətirmə “aparatıdır”, hamı görür ki Rusiyada dollar qalxır və analoqiya apararaq bizdə dolların qalxacağını düşünür. Nəticədə, hamı dollar alır. Amma unutmayın, bugün Azərbaycan əhalisində “qara gün” pulu sonsuz deyil (!). Bizim neftimizin pulu bundan çoxdur!))

Ölkəmizdə dollar 10-15% bahalaşa bilər… amma bu bahalaşma (manata görə), heç bir şəkildə problem və ya dəhşetli bir nəticəsi olmayacaq. Çünki, hansısa əmtəənin 10-15% bahalaşmasından sonra nə baş verir?! Təbii ki, həmin əmtəə təlabat azalır. Təlabat azaldıqda nə olacaq?! Həmin əmtəə yenidən öz qiymətinə dönəcək və s. Dolların manata görə qalxması heç bir şəkildə daimi bir proses olmayacaq.

İndi keçək ikinci məsələyə – həqiqətənmi böhran var? Daha əvvəl, hələ 2014-cü ildə, biz demişdik ki, 2015-ci il bizim qarşımıza 3 böyük problem çıxarır. Bunlar hansılardır?

  1. Rusiyada olan vəziyyət. Hamımız bilirik ki, Azərbaycan iqtisadiyyatı neftən sonra… ən çox Rusiyadan gələn pullardan asılıdır. Biz nə qədərdə bununla razılaşmaq istəməsəkdə, bilirik ki, ölkəmizdə “əli iş tutanların” çoxu, Rusiyada işləyir və burda olan vəziyyət bir-başa olaraq bizim ölkənin cibinə təsir edir. Rusiyada işləyənlər axı pulu Rusiyadan gətirir…
  2. Neftin düşməsi. Buna komment verməyin yeri yoxdur, məncə. Çünki ölkəmiz neft ölkəsidir və neftin qiymətinin düşməsi bizim büdcəmizin azalmasıdır.
  3. Avropa oyunları (el arasında Olimpiyada). Burda bizim çətinliyimiz odur ki, dövlət tərəfindən “söz verilən” pullar mütləq yatırılmalıdır və biz heç bir formada böhran gözləntisini nəzərə alıb, nəyisə kəsə bilmirik. Nəticədə yuxarıda dediyimiz iki problemin fonunda üçüncu, Avropa oyunları canlanır.

2015-ci ilin başlanması ilə, yuxarıda adlarını çəkdiyim 3 problemə daha ikisi əlavə edildi. Bunlar çox bəsit… amma bəsit olduğu qədər təsirli olan: qorxu və yanvar-fevral sindromudur.

Bizneslə məşğul olanlar bilir ki, hər il yanvar-fevral ayı satışlar aşağı olur və hər il satıcılar bu yanvar-fevralın keçən ilkinə görə daha “betər” olduğunu deyir. Bu deyilənlər böhran qorxusunu dahada artırır və insanlarda psixoloji böhran başlayır. Hamı pulunu cibində saxlayır, normal vaxtı hansısa məhsulu çoxdan alacağı təqdirdə, bu dəfə əlində saxlayır və satışlar düşür.

Əziz oxucu, böhran haqqında danışdığımız zaman mən iki kateqoriya adamlar görürəm: tənbəllər və təmkililər.

Tənbəllər tezliklə böhranın olacağını, bugün hər şeyin çox qorxulu olduğunu, sabaha olan ümudün zəif olmasından danışır. Bunlara inansaq gərək, sadəcə yıxılıb ölümü gözləyək.

Təmkililər isə, böhrandan sonra bazarın çox böyük olacağını, böhran zamanı rəqiblərdən üstün ola bilmənin asanlığından danışır. Həmdə yada salır ki, yanvar-fevral hər zaman çətin olub.

Düşünürəm ki, biz hər nə olsada mütləq təmkililərin tərəfindən olmalıyıq və etmək istədiyimiz layihələri qətiyyən dayandırmalı deyilik.

Qorxan gözə çop düşər…

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər