23 C
Baku
Friday, April 26, 2024

Mastercard daha bir paytaxtı “ağıllı şəhər”-ə çevirir

Meksika paytaxtı şəhərlərin Mastercard tərəfindən inkişaf etdirilməsi təşəbbüsünə qoşulur. Bu təşəbbüs bundan daha əvvəl London, Sinqapur və digər şəhərlərdə işə salınıb.

Proqram çərçivəsində ictimai nəqliyyatda gediş haqqının ödənilməsi sisteminin yenilənməsi planlaşdırılır. Mastercard və yerli banklar xüsusi debet kartlar yaratmağa hazırlaşır. Bu kartlardan həm alış-verişi, həm də gediş haqqını ödəmək üçün istifadə etmək mümkündür.

Həmçinin Mastercard kiçik biznes ilə məşğul olan yerli sahibkarlara elektron ödənişlərin qəbul edilməsi sisteminin tətbiq edilməsində kömək edəcək. Bu addım alıcıların daha çox rahatlığını təmin edəcək və sahibkarların işini optimallaşdıracaq.

Mexico həmçinin turizm sənayesinin inkişafı məqsədilə Mastercard ilə əməkdaşlıq edəcək. Beynəlxalq ödəniş sisteminin emal etdiyi məlumatlar şəhərin qonaqlarına daha fərdiləşdirilmiş xidmət təqdim etməyə kömək etmiş olacaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər