23 C
Baku
Friday, April 26, 2024

Müdiri – Masallı (Parabank)

TƏLƏBLƏR:

o Mühasibat uçotu, bank işi və ya iqtisadiyyat sahəsində ali təhsilin olması;
o  Mərkəzi Bankın bütün təlimatları  haqqında anlayış və onların tətbiqi təcrübəsinə malik olması;
o Kredit  prosesinin  təşkili üzrə bacarıqlara malik olması;
o Daxili nəzarət sistemlərinin və prosedurlarının yaradılması və risklərin idarə olunmasının qiymətləndirilməsində yüksək səviyyəli səriştəyə malik olması;
o Qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyini və AMB-nin normativ xarakterli aktlarını bilməsi;
o Bu sahədə  dörd  illik təcrübəyə malik olması;
o Bank əməliyyatlarının bütün aspektləri ilə tanış olması;
o Filialın  işlərini planlaşdırma bacarığına malik olması;
o Müvafiq proqram təminatları, iş və riyazi təfəkkür qabiliyyəti;

İŞÇININ VƏZIFƏSI:

• Filial müdiri  öz vəzifələrinin icrasında Azərbaycan Respublikasının Mülki Məcəlləsini, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Milli Bankının digər hüquqi-normativ aktlarını, “Parabank” ASC-nin Filialları haqqında əsasnaməni, “Parabank” ASC-nin əmr və sərəncamlarını rəhbər tutur.
• Filiala verilmiş lisenziyaya uyğun Bank xidmətlərinin keyfiyyətlə aparılmasını təmin edir.
• Filialların daxili nizam-intizam qaydalarına, Baş bank tərəfindən qəbul edilmiş daxili prosedurların icrasına nəzarət edir.
• Bank tərəfindən filialların istifadəsinə verilmiş əmlakın məqsədəuyğun istifadəsinə nəzarət edir, onun qeyri-düzgün istifadəsi nəticəsində korlanmasına məsuliyyət daşıyır.
• Filialın əsasnaməsinə uyğun iş planını təsdiq edir, onun icrasına nəzarət edir.
• Bankın İH-nin təsdiq etdiyi iş rejiminə müvafiq olaraq müəyyən edilmiş saatda filialarlın açılması və bağlanmasına  nəzarət  edir, iş günü ərzində işçilərin nizam-intizam qaydalarına riayət etmələrinə cavabdehlik daşıyır.
• Filiallara  etibar edilmiş, maddi qiymətlərin və pul vəsaitinin mühafizəsi üçün bütün zəruri tədbirləri görür.
• Xəzinənin açılması və işin sonunda onun bağlanması zamanı maddi qiymətlərin və pul vəsaitinin sayılmasına birbaşa məsuliyyət daşıyır və nəzarət edir;
• Filialarlın Baş bankdakı filiallararası hesablaşmalar hesabının ani və cari likvidliyinin qorunmasına gündəlik nəzarət edir.
•  Filialların kassa limitinin qorunmasına nəzarət edir, lazım gəldikdə mədaxil və ya məxaric üzrə pul vəsaitlərinin inkasasiyası üçün Baş banka sifariş verir.
• Gün ərzində aparılan bütün bank əməliyyatlarının mövcud qanunvericiliyə və daxili qaydalara uyğunluğuna, balansın müəyyən edilmiş vaxtda bağlanmasına və Baş banka vaxtında ötürülməsinə nəzarət edir və buna məsuliyyət daşıyır.
• Korporativ müştərilərin filiallara  cəlb edilməsi məqsədilə daim müvafiq tədbirləri həyata keçirir.
• Filialların kredit portfelində olan problemli kreditlərlə qüvvədə olan daxili prosedur tədbirləri həyata keçirir.
• Filialların verilmiş plan üzrə kredit portfelininin artımına və problemli kreditlərin həllinə görə birbaşa məsuliyyət daşıyır;
• Daxli kredit komitələrinə rəhbərliyi həyata keçirir;
• Kredit mütəxəssislərinin bilik və təcrübələrinin artırılması məqsədilə onlarla daimi treninqlər aparılmasına nəzarət edir;
• İqtisadi  məqsəduyğunluğu əsas götürərək filialın şöbəsi və valyuta dəyişmə məntəqələrinin açılması  və ya bağlanması haqqında məlumat çatdırır.
• Hüquqi və fiziki şəxslərin ərizələrinə, təkliflərinə, filialların  işçilərinin hərəkətləri barədə şikayətlərə baxır, bunların əsasında lazımi tədbirlər görür, vətəndaşları qəbul edir.
• Əmək mühafizəsi və əməyin təhlükəsizliyi üzrə tədbirlərin keçirilməsini təşkil edir, bu tədbirlərin keçirilməsi üçün məsul şəxsləri təyin edir.
• Filialarlda işin lazımi rejimdə məxfi aparılmasını, bank sirrinin qorunmasını təmin edir.
• Filialların bütün kredit, əməliyyat və s. risklərinə məsuliyyət daşıyır.
• Filialların kredit portfelinin periodik diversifikasiyasını aparılmasında iştirak edir və məsuliyyət daşıyır;.
• Filiallarda yaranan bütün fors major halları baş verən zaman dərhal bu halların aradan qaldırılması üçün Filiallarla İş Departamentinə məlumat verməklə bu halların aradan qaldılması üçün  təxirəsalınmaz tədbirlər görür.
• Filiaların fəaliyyəti haqqında İdarə Heyətinə hesabat verir;
• Bankın Müşahidə Şurasının, İdarə Heyətinin qərarlarına dönmədən əməl etmək;
• Filial müdirlərindən filiallaın fəaliyyəti  haqqında həftəlik hesabatlar alır;
• Ayrılmış limit daxilində filialların kredit komitəsinin qərarı ilə kredit müqavilələrini  təsdiq etmək. Bu həcmdən artıq kreditlərin verilməsinə dair “Parabank” ASC-nin kredit komitəsinin qərarları əsasında kredit müqavilələrini bağlamaq və onların düzgünlüyünü təsdiq etmək;
• Filiallar  üçün ayrılmış büdcənin istifadəsinə dair İdarə Heyətinin qərarlarının icrasına nəzarət etmək və bunu görə məsuliyyət daşımaq;
• İdarə  Heyətinin əmr və sərəncamlarının filialda icrasına nəzarət etmək;
• Filialların  işçiləri üçün məcburi olan şifahi əmr və göstərişlər vermək, əmək qanunvericiliyinə əməl olunmasına, o cümlədən daxili iş rejiminə və intizam qaydalarına nəzarət etmək;
• Filialda müştəri xidməti səviyyəsini yüksək saxlamaq və müştərilərlə qaydalara uyğun rəftar edilməsini təmin etmək;

CV-ləri Masallı filialının müdiri  mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər