21 C
Baku
Friday, April 26, 2024

“Muğanbank” yerli banka kredit borcunu bağlayıb, əcnəbidən alıb

“Muğanbank” ötən il ərzində yerli və xarici qurumlar qarşısındakı öhdəliklərini qismən azaldıb.

Banker.az bu barədə bankın açıqlamasına istinadən xəbər verir.

Məlumata görə, ötən il ərzində banklara, dövlətə və digər maliyyə qurumlarına olan öhdəliyi 1 yanvar 2018 tarixinə 195,95 mln. manat təşkil edib. Bu da il ərzində 5% azalma olması deməkdir. Azalmanın əsas səbəbi, Muğanbankın AMB, SKMF qarşısındakı öhdəliklərin azalmasıdır.

Bu borcun əsas hissəsi, yəni, 94,06 mln. manatı İpoteka və Kredit Zəmanət Fondunundan alınmış kreditlərdir və 13,95 mln. manatı isə əmanətlərdir.

Bank 2017-ci ilin sonunda “Unibank” ASCqarşısındakı 2,66 mln. manatlıq borcu bağlamış, yerinə isə “Sparkassenstiftung für internationale Kooperation”-dan (Almaniya) 13,6 mln. manat kredit almışdır.

Qeyd edək ki, ötən il ərzində “Muğanbank” faiz ödənişlərini 2016-cı illə müqayisədə 10 mln. azaldaraq 17 mln. manat olmuşdur. Bununda cəmi 6 mln. manatı qurumlardan cəlb olunan öhdəliklərin faiz ödənişdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər