24 C
Baku
Friday, April 26, 2024

NASA təcrübəsinə layiqli cavab

NASA 1960-cı illərdə Aya astronavt göndərmək hazırlıqları məqsədilə Arizonada səhrada navaho qəbiləsinin yaşadığı ərazilərdə bəzi məşqlər keçirirdi.

Bu məşqlərdən birinin gedişi zamanı yaşlı hindu oğlu ilə ova çıxmışdı və məşq edən bir komanda ilə qarşılaşır. Yalnız navaho dilində danışa bilən yaşlı hindlu ingilis dilini bilən oğlu vasitəsilə onlardan soruşur: “Bu böyük ağ geyimdə olan insanlar nə ilə məşğuldu?”. Komanda üzvlərindən biri onların Aya uçuş üçün hazırlaşdıqlarını və təcrübə keçdiklərini deyir.

Yaşlı hindlu onların vasitəsilə Aya “ismarıc” göndərə bilib-bilməyəcəyini soruşdu. Əla reklam qoxusu alan NASA əməkdaşları böyük həvəslə razı olduqlarını dilə gətirir. Onlar yaşlı hindluya maqnitafon verir və navaho dilində qısa ismarıcı qeydə alırlar. Hindlunun oğlu atasının dediklərini tərcümə etməkdən imtina edir.

Daha sonradan NASA əməkdaşları digər navaho hindularına həmin ismarıcı dinlədirlər. Lakin onlardan biri ingilis dilinə tərcümə etmək çətinliyini vurğulayaraq tərcümə etməkdən yayınır. Nəhayət, NASA nümayəndələri hindu dillləri üzrə mütəxəssis, professor linqvistdən kömək istəyirlər. İsmarıcı dinləyən professor gülümsəyir və tərcümə edir:

 “Ayda yaşayan qardaşlarım! Bu insanları gözdən qoymayın – onlar sizin torpağınızı ələ keçirməyə gəlib!”

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər