21 C
Baku
Friday, April 26, 2024

Ölkə dolların bahalaşmasından narahat deyil

Rusiya Bankı (Mərkəzi Bank) neft qiymətlərinin artması fonunda ABŞ dollarının bahalaşmasında risk görmədiyini bildirib.

“RİA Novosti” agentliyinə istinadən, bu açıqlamanı Rusiya Bankının rəhbəri Elvira Nabiullina verib.

Nabiullina bildirib ki, ölkədə dolların bahalaşması dünyanın inkişaf etməkdə olan əksər ölkələrinin valyutalarına nəzərən dolların möhkəmlənməsi fonunda baş verir: “İnkişaf etməkdə olan ölkələrin valyutaları ilə müqayisədə dolların möhkəmlənməsi Rusiyada da baş verə bilər və bunun təsiri cüzi olacaq. Bu təsir neft qiymətlərinin Rusiyada dolların məzənnəsinə təsiri ilə müqayisədə passiv xarakter daşıyacaq”.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər