21 C
Baku
Friday, April 26, 2024

Ötən il ShoreCap II Ltd. Fondu TuranBankın səhmdarı oldu

TuranBankın 2012-2015-ci illər üzrə Strateji Planının əsas hədəflərindən biri Banka xarici investisiya kapitalının cəlb olunması idi. Bu istiqamətdə bir neçə beynəlxalq şirkətlə aparılan danışıqların nəticəsi olaraq, aktivlərin idarə edilməsi sahəsində ABŞ-da fəaliyyət göstərən Equator Capital Partners LLC şirkəti tərəfindən idarə olunan investisiya Fondu ShoreCap II Ltd. ötən ilin sonunda TuranBankın Bakı Fond Birjasında yerləşdirdiyi 4 milyon 154 manat dəyərində 3 697 ədəd adi, adlı, sənədsiz səhmlərinin 3 028 ədədini əldə edərək Bankın səhmdarları sırasına qatılmışdır.

TuranBankın yeni səhmdarı olan ShoreCap II Ltd. Fondunun əsas fəaliyyət istiqaməti Asiya və Afrika qitələrində inkişaf etməkdə olan ölkələrdə fəaliyyət göstərən banklara, mikro maliyyə institutlarına və qeyri-bank maliyyə təşkilatlarına investisiya qoyuluşlarıdır.

Qeyd edək ki, son səhm emissiyası nəticəsində TuranBank nizamnamə kapitalını 10% artırmışdır. Nizamnamə kapitalının artırılması Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətdə olan bankların məcmu kapitalının 50 milyon manata çatdırılması haqda 25 iyul 2012-ci il tarixli qərarının icrasına yönəlimişdir. Səhm emissiyasından sonra 30.12.2013-cü il tarixinə Bankın məcmu kapitalı 50,7 milion manat təşkil etməklə Mərkəzi Bankın son tələbinə uyğunlaşdırılmışdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər