24 C
Baku
Friday, April 26, 2024

Oturaq həyat tərzi erkən ölüm riskini yüksəldir

Nə qədər uzun müddət hərəkətsiz oturursunuzsa, bir o qədər çox risk edirsiniz.

Bu nəticəyə Kolumbiya universitetinin tədqiqatçıları gəlib. Alimlər oturaq həyat tərzi ilə vaxtındn əvvəl ölüm halı arasında əlaqəni aydınlaşdırmaq üçün 4 il ərzində yaşı 45 və ondan çox olan 8 000 iştirakçının vərdişlərini müşahidə edib. Onların oturaq vəziyyətdə keçirdikləri zamanı ölçmək üçün iştirakçıların budlarına akselerometr bərkidilmişdi.

Belə məlum olub ki, onlar orta hədlə 16 saatlıq günün 12 saatını oturaq olaraq keçirib. Araşdırmanın baş müəllifi, kardioloq Keith Diaz deyib: “Yaşla əlaqədar olaraq orqanizmin fizioloji və psixoloji funksiyaları pisləşdikdə biz daha çox otururuq. Bu ölüm riskini artırır. Bununla belə, nə yaş, nə cins, nə çəki, nə də idmanla məşğul olmaq nəticəyə təsir etmir”.

Gün ərzində 12 saatdan çox oturaq vəziyyətdə olan şəxsdə vaxtından əvvəl ölüm halı riski iki dəfə artır.

Bununla belə, alimlər iki göstərici  – oturaq olaraq keçirilmiş ümumi gün saatı və fasiləsiz hərəkətsizlik periodu arasında fərqi aydınlaşdırır. 30 dəqiqədən çox olmayaraq hərəkətsiz oturmaq erkən ölüm riskini 55% azaldır.

Buna görə də, Diaz oturaq vəziyyətdə keçirdiyiniz yerdə hər yarım saatdan bir fasilə etməyi məsləhət görür. Ayağa qalxın və 5 dəqiqə ərzində hərəkət edin və yaxud sürətli addımlarla gəzin.

Heç kimə sirr deyil ki, bir çoxlarımız iş gününün əksəriyyətini oturaq vəziyyətdə keçirir. Yuxarıda qeyd edilən risklərlə üzləşməmək üçün işin hər 30 dəqiqəsi ərzində 20 dəqiqə oturmalı, 8 dəqiqə ayaq üstə dayanmalı, qalan zamanda isə gəzmək və əzələlərimizi hərəkət etdirməliyik.

Lakin bütün bunlar o demək deyil ki, bütün zamanımızı ayaq üstə keçirməliyik. Uzun müddət ayaq üstə dayanmaq da sağlamlığa bir o qədər ziyandır. Bu zaman damar genişlənməsi, bel və ayaqlarda ağrılar, yuxu arteriyalarının xəstəliklərinə məruz qala bilərsiniz.

Bu vəziyyətdən çıxış yolu isə, bütün gün ərzində fəaliyyətin növünü mütəmadi olaraq dəyişməkdir. Bütün gün ərzində oturmaq və bütün gün ərzində ayaq üstə dayanmaq, hər ikisi sağlamlıq üçün ciddi təhlükələr daşıyır.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər