24 C
Baku
Friday, April 26, 2024

Palata təşkilatın BOKT-a çevrilməsinə icazə vermədi

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) İmişli rayonunda fəaliyyət göstərən göstərən “Ağan Kredit İttifaqı” MMC-nin bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsinə icazə verməyib.

Bu barədə mənbəyə Palatadan bildirilib.

Məlumata görə, adı çəkilən ittifaq təxminən 1 il bundan əvvəl təşkilati-hüquqi formasını dəyişib və BOKT kimi Vergilər Nazirliyində dövlət qeydiyyatından keçib. Bundan sonra isə maliyyə qurumu nizamnamə kapitalının BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğun – 300 min manat olmasını əsas gətirərək lisenziya üçün MBNP-yə müraciət edib. Palata isə bu müraciətə mənfi cavab verib və İttifaqa əvvəlki təşkilati-hüquqi formaya qayıtmaq tövsiyyə olunub. “Ağan”a BOKT lisenziyasının verilməməsinin səbəbi açıqlanmır.

Xatırladaq ki, “Ağan Kredit İttifaqı” 2011-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 300 335 manatdır.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər