21 C
Baku
Friday, April 26, 2024

“Petkim”in mənfəəti kəskin artıb

Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Holding”in bu ilin 9 ayının yekunlarına dair maliyyə göstəriciləri açıqlanıb.

Türkiyə İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu – KAP) yer alan məlumata əsasən, şirkətin bu ilin 9 ayında xalis mənfəəti 1,027 mlrd. lirə təşkil edib. Bu isə ötən ilin müvafiq dövründən 2 dəfə çoxdur.

“Petkim”in III rüb üzrə mənfəəti isə ötən ilin müvafiq dövrünə nisbətən 2,7 dəfə artaraq 372,040 mln. lirəyə çatıb.

Bu il oktyabrın 1-nə “Petkim Holding”in aktivləri 6,802 mlrd. lirə təşkil edib, halbuki 2016-cı ilin sonuna bu göstərici 6,269 mlrd. lirə olub.

Qeyd edək ki, SOCAR 2008-ci ildə “Petkim”i (51%) 2,040 mlrd. dollara alaraq Türkiyədəki fəaliyyətinə başlayıb. Hazırda SOCAR “Petkim Holding”də 51% paya malikdir, “Petkim”in qalan səhmləri isə İstanbul Birjasında dövriyyədədir. “Petkim” Türkiyənin ilk və yeganə neft-kimya kompleksi və Egey bölgəsinin ən böyük ixracatçısıdır.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər