15 C
Baku
Friday, April 26, 2024

Plastik dələduzluq

İnformasiya texnologiyaları inkişaf etdikcə ənənəvi olmayan oğurluq halları baş verir.

Bunlardan biri də kart dələduzluğudur. Belə ki, siz yaxınlaşırsız bankomata pul çıxarmaq istəyirsiz, amma çıxara bilmirsiz. Səbəblər müxtəlif ola bilər. Məsələn elektron cihazlarla işləyə bilmirsiz, ya da tələsirsiz tanımadığınız birinə kartınızı həvalə edirsiz. Nəticədə bir ay qazandığınız maaşı kimsə mənimsəyir.

Bu xoşagəlməz hal ilə rastlaşmamaq üçün kart dələduzlarının işləmə mexanizmini bilməyiniz lazımdır.

  1. Oğru uzun müddət müştərini izləyir və onun kartla bağlı həyata keçirdiyi bütün əməliyyatları müşahidə edir, sonra kartı sahibindən ya soyğunçuluq yolu ilə ələ keçirir, ya da əlindən qəfildən alıb qaçır.
  2.  Kart oğurluğunun digər bir forması bankomatlara quraşdırılan xüsusi klaviatura vasitəsilə oğurluqdur. Bu qurğu bankomatlarda klaviaturaların düymələrini təkrarlayır və kart ilə əməliyyatlar zamanı saxta klaviatura parolu yadda saxlayır. Dələduzlar bu vasitədən daha çox istifadə edirlər.
  3. Fırıldaqçılığın üçüncü bir forması cinayətkar dəstənin bankomatda yerləşdirdiyi zərf vasitəsilə kartın bankomatda kilidlənib qalmasına nail olmaqdır. Bu zaman kartı qurğudan geri çıxartmaq mümkün olmur və dələduzlar fürsətdən istifadə edərək müştəriyə «kömək» adı ilə onun pullarını ələ keçirirlər.
  4. Dördüncü fırıldaqçılıq üsulu video-müşahidə yolu ilə müştərinin həyata keçirdiyi əməliyyatların noutbukla izlənməsidir. Klaviaturadakı rəqəmləri, PIN-kod və digər məlumatları bu yolla öyrənən cinayətkarlar çox hallarda pul çıxarmağı asanlıqla həyata keçirirlər.

Vətəndaş aldadıla bilər bəs banklar müştərilərinin təhlükəsizliyini necə qorumalıdır?

Belə ki, ölkənin Mərkəzi Bankı isə hər bir banka ödəniş kartları ilə aparılan əməliyyatların sutka ərzində monitorinqinin həyata keçirilməsi xidmətinin yaradılması, bu istiqamətdə digər banklarla, kart-prosessinq mərkəzləri və hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığın təmin edilməsi tövsiyə edilir.

Fırıldaqçılığa qarşı mübarizə metodlarından biri də ödəniş terminallarının və ödəniş kartlarının çip texnologiyalarına tam keçidinin sürətləndirilməsi və maqnit zolaqlı kartların istifadəsinin tədricən məhdudlaşdırılması, kart infrastrukturunun təhlükəsizliyinin tədricən «PCI DSS» standartının tələblərinə uyğunlaşdırılmasıdır.

MB banklara tövsiyə edir ki, kartlarla fırıldaqçılıq hallarının aradan qaldırılması tədbirlərinin həyata keçirilməsi məqsədilə ödəniş terminallarının və ödəniş kartlarının EMV (çip) texnologiyalarına tam keçidinin sürətləndirilməsi və maqnit zolaqlı kartların istifadəsinin tədricən məhdudlaşdırılması, kart infrastrukturunun təhlükəsizliyinin tədricən «PCI DSS» standartının tələblərinə uyğunlaşdırılması olduqca vacibdir. «PCI DSS» standartları ödəniş kartı sahiblərinin məlumatlarının məxfiliyinin təmin edilməsi məqsədilə, əsasən, 12 minimal tələbi özündə birləşdirir. Hazırkı mərhələdə ödəniş kartlarında məlumatların məxfiliyinin təmin edilməsində iştirak edən tərəflər üçün bu qaydaların tətbiqində prioritetləşmə müəyyən olunacaq və bundan sonra həmin sektorlar üzrə «PSİ DSS» standartlarına tam keçidin təmin edilməsi məqsədilə «yol xəritəsi» hazırlanacaq.

Mərkəzi Bank hesab edir ki, internet üzərindən həyata keçirilən ödənişlərdə «3D secure» təhlükəsizlik texnologiyasının tətbiqinə keçidin sürətləndirilməsi əsas məqsədlərdəndir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər