Danimarka hakimiyyəti bu il Ukraynaya hərbi yardımı 630.5 milyon dollar artırmaq niyyətindədir.
2023-cü ildən 2028-ci ilə qədər Danimarkanın Ukraynaya yardımı təxminən 9.3 milyard dollar təşkil edəcək.
“Hökumət və Danimarka parlamentindəki partiyaların böyük əksəriyyəti 2024-cü ildə Ukraynaya hərbi dəstəyi 4.4 milyard DKK artırmağa razıdır. Artımla Ukrayna fondu çərçivəsində hərbi dəstəyin ümumi həcmi ümumilikdə 64.8 milyard kron təşkil edəcək”, – deyə məlumatda bildirilir.