22 C
Baku
Friday, April 26, 2024

“Premium Transport”da 6 yeni VAKANSİYA: Maaş 600-1500 AZN arası

“Premium Transport”da 6 yeni elan edib

1. Təchizatçı

Tələblər:

– 27-42 yaş həddi
– min 1 il müvafiq sahə üzrə təcrübə
– rus,azərbaycan dillərini mükəmməl bilməli

Əsas Funksiyalar:

1. Satınalma prosedur layihələrinin hazırlanması və tətbiqi
2. Yerli və xarici bazar araşdırmalarının həyata keçirilməsi
3. Satınalma tenderlərinin keçirilməsi
4. Tədarükçülərlə qiymət və digər texniki göstəricilər barəsində danışıqlar aparılması
5. Satın alınan malın hərəkətinin və sənədləşdirilməsinin izlənilməsi və təşkil edilməsi.
6. Satınalma büdcəsinin hazırlanması
7. Və təchizat işiylə bağlı digər yardımçı işlər.

Şərtlər:

– 6 günlük iş rejimi, 8.00-18.00
–  Nahar və nəqliyyat şirkət tərəfindən təmin edilir
– 600 AZN əmək haqqı


2. Nəqliyyat Rəisi

Funksiyalar:

– Nəqliyyat vasitələri parkını yoxlamaq, onların istismara hazırlıq səviyyəsini qiymətləndirmək və hansı xidmət növlərinə ehtiyac duyulduğunu müəyyən etmək
– Nəqliyyat vasitələrinin gün ərzində hərəkətini izləmək və planlaşdıran qrafikə nə dərəcədə riayət olunduğunu qiymətləndirmək  – Sürücülərin xəttə çıxmazdan əvvəl illik etibarnamə hazırlamaq və həkim nəzarətindən keçməsini təmin etmək
– Nəqliyyat vasitələri parkının və işçi heyətinin gündəlik konkret planlaşdırılmasını və bölgüsünü həyata keçirmək; sürücülərin iş saatlarını qeyd etmək
– Yanacaq sərfi haqqında hesabatları hazırlamaq  – Alınan ehtiyyat hissələrin siyahısını aparmaq

Namizədə tələblər:

– Nəqliyyat sahəsi üzrə minimum 1 il iş təcrübəsi arzuolunandır
– Sürücülük vəsiqəsi: B C
– Baki və rayon yollarını yaxşı bilməli
– Dil bilikləri: Azərbaycan və Rus dili
– 27-42 yaş həddi
– Məsuliyyətli, idarəçilik qabiliyyətinə malik olan

Şərtlər:

– 6 günlük iş rejimi, 8.00-18.00
–  Nahar və nəqliyyat şirkət tərəfindən təmin edilir
– 1000 AZN əmək haqqı


3. Mexanik

Tələblər:

– Ali və ya orta texniki təhsil
– Istehsalatda 1 ildən az olmayaraq mexanik kimi iş təcrübəsi
– Azərbaycan və rus dillərini bilmək
– Yaxşı ünsiyyət və danışıq qabiliyyəti
– Komandada işləmək bacarığı
– 27-45 Yaş həddi

Şərtlər:

– 6 günlük iş rejimi, 8.00-18.00
– Nahar və nəqliyyat şirkət tərəfindən təmin edilir
– 600-800 AZN əmək haqqı


4. Baş Mühasib

Tələblər:

– 27-42 yaş həddi
– min 3 il müvafiq sahədə iş təcrübəsi
– müvafiq sahə üzrə ali təhsil
– Əmək haqqının hesablanması (xəstəlik vərəqələrinin, məzuniyyətlərin, son haqq-hesabların hesablanması, ödəniş cədvəllərinin hazırlanması, əmək haqqı kartlarının sifarişi)
– Bank əməliyyatlarının icrası, kassa
– Təhtəl əməliyyatlarının həyata keçirilməsi
– Xidmət və icarə aktlarının tərtibi və hesab faktura, e-qaimə: EVHF-ların yazılması
– Alınmış materialların və ehtiyyat hissələrinin hesabatı (alışı və silinməsi)
– Debitor və kreditorlarla hesablaşmalar
– Bütün növ Vergi bəyannamələrinin tərtibi (ƏDV,ÖMV, Mənfəət, Əmlak və s)
– Vahid rüblük hesabat (DSMF(B1,B3), Statistika və s.
– Mühasibatlıqla əlaqədar digər ilkin sənədləşmələr
– Aylıq gəlir və xərclərin yoxlanılması və ayın bağlanması
– rus, az dilləri mükəmməl səviyyədə, ing.dili arzuolunandır

Şərtlər:

– Əmək haqqı 1200-1500 AZN
– 5 günlük iş rejimi, 9.00-17.00
– Nahar və nəqliyyat şirkət tərəfindən təmin edilir


5. Anbardar

Tələblər:

– anbar proqramlarini bilmelidir
– bu sahede tecrubeli olmalidir
– suruculuk vesiqesinin olmasi ustunlukdur
– 27-42 yaş

Vəzifələr:

– anbarda mallarin saxlanmasina nezaret
– girishi-cixishina nezaret
– kompüterde balanslashdirma

İş şəraiti:

– ish vaxti: heftede 6 gun
– 8:00-18:00
– nahar və nəqliyyat şirkət tərəfindən təmin edilir
– 600-800 əmək haqqı


6. Mühasib

Tələblər:

– 27-42 yaş həddi
– min 3 il təcrübə
– rus, az dilləri mükəmməl səviyyədə, ing.dili arzu olunandır
– müvafiq sahə üzrə ali təhsil
– Əmək haqqının hesablanması (əmək haqqı kartlarının sifarişi, ödəniş cədvəllərinin hazırlanması, xəstəlik vərəqələrinin, məzuniyyətlərin və son haqq-hesabların hesablanması)
– Bank ödəniş tapşırıqlarının yazılması, kassa və təhtəl əməliyyatlarının həyata keçirilməsi
– Xidmət və icarə aktlarının tərtibi və təyinatı üzrə hesablara işlənməsi
– Alınmış materialların və ehtiyyat hissələrinin anbarla üzləşdirilməsi
– ƏDV, B1-B3, Statistika və ÖMV, Mənfəət, Əmlak və s. bəyannamələrinin tərtibi
– Mühasibatlıqla əlaqədar digər ilkin sənədləşmələr

Şərtlər:

– Əmək haqqı müsahibə əsasında.
– 5 günlük iş rejimi, 9.00-17.00
–  Nahar və nəqliyyat şirkət tərəfindən təmin edilir

Vakansiyanın adını mövzu yerinə yazmaqla  [email protected] ünvanına göndərin.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər