24 C
Baku
Friday, April 26, 2024

Proqramlaşdırma şöbəsinin Aparıcı Mütəxəssisi – Bank BTB ASC

Bank “BTB” ASC İT departamentinin Proqramlaşdırma şöbəsinin Aparıcı Mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

Proqramlaşdırma şöbəsinin Aparıcı Mütəxəssisi

İş barədə məlumat:

– Tətbiqi proqramların fasiləsiz, problemsiz işləməsi üçün onlara hər zaman və təcili xidmət göstərir;
– Bankdaxili proseslərin və hesabatların maksimum avtomatlaşdırılması işini həyata keçirir;
– Proqram təminatı hazırlanarkən məlumat təhlükəsizliyi prinsiplərinin qorunmasını təmin edir;
– Tətbiqi proqramlar  üzrə bankdaxili təlimlər keçirir;
– Şöbə rəhbərinin tapşırıqlarına əsasən proqram təminatının və proqram modullarının tərtibatı ilə məşğul olur;
– Proqram təminatının təkmilləşdirilməsi və daim yenilənməsi işini həyata keçirir;
– Məlumat mübadiləsi və hesabatların maksimum dərəcədə avtomatlaşdırılmış şəkildə həyata keçirilməsi işini görür;
– Şöbə rəhbəri tərəfindən verilmiş tapşırıqları yerinə yetirir.

Namizədə tələblər:

– Ali təhsil;
– Microsoft Visual Studio;
– NET C#, PL/SQL,  ASP.NET, Oracle DB-də iş bacarığı;
– HTML,CSS,Javascript;
– MSSQL Server-də iş təcrübəsi
– Proqramlaşdırılma sahəsində 3 ildən artıq iş  təcrübəsi;
– SSRS –də işləmək bacarığı;
– Maliyyə və bank sahəsində iş təcrübəsi;
– Texniki və istifadəçi sənədlərinin yaradılması təcrübəsi;
– Azəbaycan, İngilis və rus dili bilikləri;
– Analitik təfəkkür, nəticəyə yönümlülük, komandada işləmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-ni azərbaycan dilində 30 Noyabr, 2017 –ci il tarixinə qədər [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Proqramlaşdırma şöbəsinin aparıcı mütəxəssisi)göstərməyiniz xahiş olunur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər