23 C
Baku
Friday, April 26, 2024

Qətər iqtisadi baykotun dayandırılması ilə bağlı danışıqlardan imtina etdi

Qətər Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanı və onun müttəfiqləri ilə nəqliyyat sanksiyalarının tam olaraq ləğv edilməsi ilə bağlı danışıqlardan imtina etdiyini bildirib.

Banker.az saytı Reuters agentliyinə istinadən xəbər verir ki, “Qətər indi blokadadır və heç bir danışıqlar mümkün deyil. Onlar ilk növbədə blokadanı götürməli, bundan sonra isə danışıqlara başlamalıdırlar. Bu ana qədər bu sahə üzrə heç bir proqress müşahidə etməmişik, bunsuz isə irəli getmək mümkün deyil” – deyə Qətərin Xarici İşlər naziri Məhəmməd ben Abdel Rahman al Tani qeyd edib.

Nazir həmçinin vasitəçilik missiyası üçün Küveyt əmirinə minnətdarlığını bildirib, lakin qeyd edib ki, Səudiyyə Ərəbistanı və onun tərəfdarları tələblər ilə bağlı heç cür qərar verə bilmədikləri üçün məsələ çıxılmaz dalana girib.

Qeyd edək ki, 5 iyun tarixində Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ Qətər ilə diplomatik əlaqələrini dayandırdığını elan etdi. Bu ölkələrin nümayəndələri Dohanı ərəb ölkələrində daxili-siyasi vəziyyəti destabilizasiya etməkdə, həmçinin Yaxın şərqdə terror təşkilatlarını maliyyələşdirməkdə ittiham edir. Daha sonradan baykota Yəmən, Liviya, Maldiv, Mavrikiya, Mavritaniya, Komor adaları ittifaqı da qoşuldu.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər