23 C
Baku
Friday, April 26, 2024

“Qlobal altruizm indeksi”: varlı ölkələrdən hansıları daha çox kasıb ölkələrə kömək edir?

İnkişaf etmiş ölkələrin digər ölkələrə yardımla bağlı həyata keçirdikləri tədbirlər “İnkişafa doğru indeksi” adı altında Qlobal İnkişaf Mərkəzinin (CGD) illik hesabatlarında göstərilir.

Göstəriciyə baxdıqda müəyyən etmək olar ki, hansı ölkə “simiclik” edir, hansıları isə “Robin Qud” kimi sərvətini kasıblara paylayır.

Indeks yeddi göstəriciyə əsaslanır: maliyyə yardımı, ticarət, investisiya, miqrasiya, ətraf mühit, təhlükəsizlik və texnologiya. 27 ölkə arasında ən yüksək göstərici -7 (Danimarka), orta 5 (İsveçrə), minimal isə 2,7-dir(Cənubi Koreya).

ABŞ-ın çox aşağı mövqeyi (27 ölkə arasında 19-cu yer) və Yaponiya və Koreyanın ən axırıncı mövqelərdə yerləşməsi diqqətimizi çəkdi. ABŞ aktiv olaraq, beynəlxalq təşkilatların icazə verdiyi bir sıra hərbi əməliyyatlarda iştirak etmiş və eləcə də dəniz ticarət yollarına nəzarəti təmin etmişdir, bu müsbət amil kimi qiymətləndirilib. Icazə verilmiş əməliyyatlara NATO-un Kosovoya daxil olması aid edilsə də, İraq müharibəsi daxil edilməyib. Digər tərəfdən amerikan büdcəsindən zərərçəkənlərə çox az maliyyə yardımı göstərilir: ÜDM-un 0,21%-i, halbuki bu göstərici Lüksemburq kimi cırtdan ölkədə 1% təşkil edir.

Polşa və Cənubi Koreya kimi ən “eqoist” ölkələr – kasıb ölkələrə çox az yardım göstərir və həmin ölkələrin mühacirlərinə yüksək miqrasiya baryerləri müəyyənləşdirir. Koreya dövlətinin dünyəvi rifaha töhfəsi yalnız investisiyaların stimullaşdırılması və innovasiyanın inkişaf etdirilməsindən ibarətdir.

İnkişafa doğru indeksi, 2012

Reytinqdəki mövqeyi

 Ölkə

İndeksin mahiyyəti

Kasıb ölkələrə dövlət dəstəyi, ÜDM %

1

Danimarka

7,0

0,91

2

Norveç

6,6

1,10

3

İsveç

6,4

0,97

4

Lüksemburq

6,3

1,04

9

Böyük Britaniya

5,7

0,57

10

Portuqaliya

5,5

0,29

12

Almaniya

5,4

0,37

14

Fransa

5,3

0,42

15

İspaniya

5,2

0,40

18

İsveçrə

5,0

0,40

19

ABŞ

4,8

0,21

20

İtaliya

4,7

0,14

21

Yunanıstan

4,5

0,17

25

Polşa

3,6

0,08

26

Yaponiya

3,4

0,16

27

Cənubi Koreya

2,7

0,11

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər