14 C
Baku
Thursday, May 2, 2024

Rəhbərinin həbs xəbəri yayılan “AAAF Park”da nə baş verir? – Şirkət rəsmisi danışdı

Bu gün Azərbaycanda fəaliyyət göstərən məşhur tikinti şirkətlərindən olan “AAAF Park”ın əmlakına həbs qoyulduğu və sahibinin həbs edildiyi barədə mediada xəbər yayılıb.

Şirkətin hüquqşünası Səbuhi Axundov yayılan xəbərlərlə bağlı Lent.az-a açıqlama verib. O bildirib ki, şirkətin əmlakına həbs qoyulması barədə yanlış məlumatların yayılmasının səbəbi bu gün Ədliyyə Nazirliyi Abşeron rayon İcra Şöbəsinin əməkdaşlarının ipoteka yükü olan əmlaklara baxış keçirməsidir: “İcra məmurları əmlakın faktiki vəziyyəti ilə tanış olublar”.

Eləcə də bax: Azad Cavadov “Finance Leasing”dəki payını satıb

Məlumata görə, icra məmurları şirkət rəhbərliyinə sadəcə ipoteka yüklü edilmiş əmlakların özgəninkiləşdirilməsinə məhdudiyyət qoyulması barədə xəbərdarlıq ediblər.

S.Axundov şirkətin təsisçisi Tofiq Heydərovun həbs edilməsi xəbərinə də münasibət bildirib. O deyib ki, bu xəbər də həqiqəti əks etdirmir: “Tofiq müəllim hazırda Kosovodadır və Ağır Atletika Federasiyasının nümayəndə heyətinin tərkibində yarışda iştirak edir”.

Qeyd edək ki, Vergilər Nazirliyində “AAAF İnşaat” MMC-nin keçmiş direktoru Ruslan Xanverdiyev barəsində cinayət işi açılıb, lakin sonradan o, vergi borclarını hissə-hissə ödəməyi öhdəsinə götürdüyü üçün iş dayandırılıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər