Sərəncam: Regionlarda uşaq bağçalarının tikintisinə başlanır – Rayonların SİYAHISI

Azərbaycan Respublikasının regionlarında uşaq bağçalarının tikintisi ilə bağlı tədbirlər haqqında İlham Əliyev sərəncam imzalayıb.

Banker.az bu barədə Prezidentin rəsmi internetvsəhifəsinə istinadən xəbər verir.

Son illərdə ölkədə məktəbəqədər təhsil müəssisələrinin inkişafı istiqamətində mühüm addımlar atılmış, müxtəlif şəhər və rayonlarda məktəbəqədər təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası istiqamətində uğurlu işlər görülmüşdür.

Sərəncamda deyilir ki, əhalisi 306 mindən çox olan 15 şəhər və rayonda ümumilikdə 1230 yerlik 15 uşaq bağçasının  tikintisi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.43.7-ci yarımbəndində göstərilmiş məbləğin 19 577 000 manatı Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyə ayrılsın.

Sifarişçi təşkilatlar üzrə layihələrin adları Ayrılan vəsaitin məbləği (manatla)
Qəbələ şəhərində 1 nömrəli 120 yerlik körpələr evi-uşaq bağçasının tikintisi                 1,903,000.00
Şəmkir şəhərində 8 nömrəli 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi                 1,669,000.00
Bərdə şəhərində 100 yerlik uşaq bağçasının tikintisi                 1,604,000.00
Saatlı rayonunun Cəfərxan kəndində 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi                 1,512,000.00
Tərtər şəhərində 100 yerlik uşaq bağçasının tikintisi                 1,428,000.00
Qobustan şəhərində 2 nömrəli 100 yerlik uşaq bağçasının tikintisi                 1,391,000.00
Tovuz rayonunun Qovlar şəhərində 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi                 1,380,000.00
Cəlilabad şəhərində 8 nömrəli 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi                 1,273,000.00
Yevlax şəhərinin 31-ci məhəlləsində 60 yerlik uşaq bağçasının tikintisi                 1,222,000.00
Lerik rayonunun Noda kəndində 50 yerlik uşaq bağçasının tikintisi                 1,161,000.00
Gədəbəy rayonunun Miskinli kəndində 60 yerlik körpələr evi-uşaq bağçasının tikintisi                 1,130,000.00
Ağdaş şəhərində 8 nömrəli 80 yerlik uşaq bağçasının tikintisi                 1,127,000.00
Zərdab rayonunun Gəlmə kəndində 60 yerlik körpələr evi-uşaq bağçasının tikintisi                    963,000.00
Astara rayonunun Səncərədi kəndində 60 yerlik uşaq bağçasının tikintisi                    960,000.00
Biləsuvar rayonunun Xırmandalı kəndində 40 yerlik körpələr evi-uşaq bağçasının tikintisi                    854,000.00
Cəmi              19,577,000.00