21 C
Baku
Friday, April 26, 2024

Riçard Brensondan 9 məsləhət

Bu insanı demək olar ki, çoxlarımız tanıyırıq. O, demək olar ki, başladığı hər bir işdə uğura nail olmuşdur. İndi isə o, daha bir mühüm hadisəni qeyd etmək şərəfinə layiq olub – onun şəxsi firması tərəfindən hazırlanmış Virgin America özəl kosmik gəmisinin fəzaya uğurlu uçuşu. Brensonun firması kosmik daşımalar və kosmos turizmi ilə məşğul olur. Riçard bir neçə kitab müəllifidir, o tez-tez televiziyalarda çıxışlar edir, bu gün isə o, öz şəxsi təcrübəsindən irəli gələrək, sizə biznesin qurulması ilə bağlı bir neçə tövsiyələr verir. 

1. Əgər belə bir imkanınız varsa, evdən işləyin

“Mən işləyəndə, vaxtımı əbəs yerə itirməyi xoşlamıram. Bayram günlərində isə işlər haqqında unudaraq, evdə istirahət etməyi sevirəm. Amma iş günləri müddətində mən evdə oturaraq işləməyi üstün tuturam, belə olduqda ofisə getməyə və sonra geriyə qayıtmağa görə əlavə vaxt itkim olmur. İş yeri qismində yelləncək və ya divanı seçmək mənim üçün daha xoşdur”.

2. Özünüz üçün vaxt ayırın

“Mən səhər erkən yuxudan dururam –haradasa saat 6.30 radələrində. Bundan sonra mən üzgüçülüklə məşğul olur, tennis oynayır və daha başqa bir idman növü ilə məşğul oluram. Mən artıq qeyd etmişdim ki, evdə işləməyin əsas üstünlüyü –vaxtını əbəs yerə sərf etmədən işləməkdir. İşləmək üçün ən optimal vaxt müəyyən edin və mümkün qədər effektiv işləyin”.

3. İşdə fasilələr edin

“Bundan əlavə naharınızı tam edin – qəlyanaltı qismində buterbrodlardan istifadə etmək lazım deyil –yeməyinizi tam yeməlisiniz. Mən keyfiyyətli nahar edir, sağlamlığa xeyirli, faydalı məhsullar seçirəm. Bundan əlavə mən çoxlu çay və qəhvə içirəm”.

4. Öz sahənizdə birinci olmağa çalışın

“Əgər siz digərlərinin mümkün olmadığı bir işi etmək qərarına gəlmisinizsə, riskləri bir daha hesablayın və əgər hər şey yaxşıdırsa, onda bunu edin. Öz sahənizdə birinci olmağa çalışın. İnsanların içərisinə isti hava doldurulmuş böyük hava şarı ilə uçmaq barədə dediyi fikirləri yada salın. Amma buna rəğmən həmin ideyanı gerçəkləşdirən insanlar tapıldı, indi isə biz kosmosa uçuşlar edirik.

5. Riskləri nəzərə alın, amma pessimist olmayın

“İstənilən bir işdə biz riskləri hesablamalı, və işin yerinə yetirilməsinin nə dərəcədə real olmasını qiymətləndirməliyik. Amma pessimist olmağa dəyməz, çünki bədbin olsanız sizdə çox güman ki, heç nə alınmayacaq”.

6. Özünüzü iş aludəçisinə çevirməyin

“Mənim fəlsəfəm sadədir –biz bu həyata bir dəfə gəlirik. Elə yaşayın ki, sizin özünüz üçün də xoş olsun. Bu, bütün həyatı boyu demək olar ki, istirahət etmədən işləməkdən daha maraqlıdır. Bundan əlavə sadəcə sizə xoş olan işləri görün. Sadəcə bunu edin.

7. Uğura nail olmaq üçün plan qurun

“Bu, həm bütünlükdə həyata, həm də ayrılıqda hər bir işinizə aiddir. Risklərin qiymətləndirilməsinin əsas üstünlüklərindən biri də odur ki, siz planlar bağlı hər ehtimala qarşı bir neçə alternativ variantlarınız olacaq. Bundan əlavə işə bir neçə yaxşı və düzgün işləməyi bacaran insanlar götürün və onların öhdəliklərini düzgün müəyyənləşdirin.

8. Xırda öhdəlikləri başqasına həvalə edin

“Əgər sizin belə bir imkanınız varda, gündəlik təkrarlanan işi həyata keçirmək üçün bir neçə əlavə işçi götürün. Onlar ödənişləri həyata keçirməli, gündəlik telefon zənglərini və ya elektron məktublara cavab verməlidir”.

9. Vaxtınızı öz ailənizlə keçirin

“Öz ailən ilə vaxt keçirmək olduqca vacibdir –bu xüsusən də sizin diqqət və sevginizə ehtiyac duyan uşaqlarda müşahidə edilir. Açıq-aşkar münasibətlər – hər bir ailəyə zəruri olan bir nüansdır, bu insanlara konfliktdən qaçmağa köməklik edir”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər