23 C
Baku
Friday, April 26, 2024

Rusiyadakı Azərbaycan miqrantları vətənə transfertləri 65% artırıb

Bu ilin II rübündə Rusiyada çalışan əmək miqrantları tərəfindən Azərbaycana həyata keçirilən pul transfertlərinin həcmi 203 mln. ABŞ dolları təşkil edib. Bu, I rüblə müqayisədə 80 mln. dollar və ya 65% çoxdur.

Rusiya Mərkəzi Bankına (Rusiya Bankı) istinadən xəbərə görə, MDB ölkələri arasında miqrantların öz vətənlərinə göndərdikləri vəsaitin həcminə görə Azərbaycan 2016-cı ilin II rübündə 5-ci sırada qərarlaşıb. İlk sırada 696 mln. dollarla Özbəkistan, daha sonra 495 mln. dollarla Tacikistan, 487 mln. dollarla Qırğızıstan, 270 mln. dolalrla Ukrayna yer alıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər