8 C
Baku
Tuesday, March 19, 2024

Şəhidin borcu ilə bağlı Birinci vitse-prezident işə qarışdı

Bir qədər əvvəl “Para” BOKT ASC-nin Aprel şəhidi Xaliq Əzizzadəni kreditə görə məhkəməyə verməsi ilə bağlı xəbər yaymışdıq. Xəbərdə bildirilirdi ki, şəhidin adına Xətai Rayon Məhkəməsi tərəfindən bildiriş gəlib və o, borcu ödəmədiyinə görə məhkəməyə çağırılıb.

Məsələ ilə bağlı deputat Qənirə Paşayeva status yazaraq narahatlığını ifadə etmişdi. Bu xəbərin üstündən çox keçmədən millət vəkili “Qafqazinfo” ilə əlaqə saxlayıb və artıq problemin həll edildiyini bildirib.

O qeyd edib ki, hazırda şəhidin ailəsi ilə bərabər bankdadır:

“Bankın rəhbərliyi ilə görüşdük. Bank borcu öz üzərinə götürdü və hazırda bununla bağlı sənədlər hazırlanır. Hardasa 100 min manata yaxın borcdan söhbət gedir”.

Deputat bildirib ki, məsələ Birinci Vitse-Prezident Mehriban Əliyevanın da reaksiyasına səbəb olub:

“Məsələ Mehriban xanımın diqqətindədir. Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov da şəhidin anası ilə danışdı və onların problemləri ilə maraqlandı. Artıq problem arxada qaldı”.

Qeyd edək ki, problemin hansı formada həll olunduğu haqqda məlumat verilmir.

cleardot

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər