23 C
Baku
Friday, April 26, 2024

Sabiq baş nazirin evindən 2,5 milyon dollar tapılıb

Malayziya hüquq-mühafizə orqanları əməkdaşları eks-baş nazir Nacib Razakın evlərində axtarış zamanı 2,5 milyon dollardan çox nəğd pul aşkarlayıblar. The Straits Times qəzeti isə yazır ki, pul vəsaitlərinin hesablanması davam etdiyi üçün hələlik dəqiq rəqəm açıqlamaq çətindir.

Nəşr mənbəsinə istinadən məlumat verir ki, iqtisadi cinayətlərin araşdırılması idarəsində müxtəlif dövlət qurumları, o cümlədən Mərkəzi Bankın nümayəndələrindən ibarət xüsusi qrup yaradılıb. Qrup mənimsənilən pulların hesabatını aparır. Vəsaitlər müxtəlif valyutalarda saxlanıldığı üçün prosesin uzun vaxt aparacağı qeyd edilir.

Xatırladaq ki, ötən həftə polis əməkdaşları Kuala Lumpurda elit yaşayış komplekslərindən birində yerləşən Nacibə məxsus 3 mənzildə araşdırma aparıb. Nəticədə eks-baş nazirin arvadına məxsus pullar, zinət əşyaları, bahalı saatlar, brend çantalar aşkarlanıb.

Qeyd edək ki, N.Razak hakimiyyətdə olduğu vaxt Dövlət İnvestisiya Fondundan 700 milyon dollar məbləğində oğurluqla bağlı istintaqa cəlb olunub. Seçkilərdə məğlubiyyətdən sonra isə ona və həyat yoldaşına ölkəni tərk etmək qadağan edilib.

MənbəQafqazinfo
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər