24 C
Baku
Friday, April 26, 2024

Samsung şirkətinin icraçı direktoru istefa verib

Banker.az xəbər verir ki, Samsung şirkətinin icraçı direktoru Kvon O Xyun istefa verdiyini elan edib.

Yüksək vəzifəli menecer öz qərarını onunla izah edib ki, “bənzəri olmayan böhran” şərtlərində şirkətə yeni start vermək zamanı çatıb və bu yeni başlanğıca yeni rəhbər başçılıq etməlidir.

Cənubi Koreyanın məşhur texnoloji nəhəngi artıq uzun müddətdir ki, ciddi problemlər ilə üz-üzədir. Belə ki, 2017-ci ilin avqust ayında Samsung Electronics şirkətinin 49 yaşlı vitse-prezidenti və Samsung imperiyasının varisi Li Çje En Seul məhkəməsi tərəfindən korrupsiya və etimaddan sui-istifadəyə görə 5 il müddətinə azadlıqdan məhrum edildi.

Şirkət bir il əvvəl isə Samsung Galaxy Note 7 smartfonu ilə bağlı texnoloji qalmaqalın mərkəzində oldu. Sözügedən bu cihazın satışına 2016-cı ilin avqust ayında start verildi. Lakin artıq 2 sentybarda şirkət smartfonların həddindən artıq qızması və hətta partlaması ilə bağlı çox saylı şikayətlərdən sonra satılmış 2,5 milyon smartfonu geri çağırmalı oldu. Oktyabr ayında həmçinin bu modelin istehsalının tamamilə dayandırılması qərarı verilmişdi.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər