24 C
Baku
Friday, April 26, 2024

Şotlandiyada “zaman kapsulu” tapıldı

Şotlandiyanın Kinqassi şəhərinin yaxınlığında inşaatçılar “zaman kapsulu” aşkar etmişlər. Bu içərisində qeyd, tərkibində naməlum maye olan şüşə (təxminlərə görə viski) və 1894-cü ildə buraxılmış qəzet olan metal qutudur. Bu tapıntı haqqında ilk məlumatı isə BBS vermişdir.

Bu metal qutu körpü ətrafında aparılan işlər zamanı aşkar edildi. Onun içərisində olan qeyd və qəzet kifayət qədər köhnəlsə də adının bir qismini və tarixi  (The People’s Jo…, 29 sentyabr 1894-cü il) oxumaq mümkündür. Qeyd edək ki, tapıntı onun aşkar edildiyi yerin yaxınlığında yerləşən Highland Folk Museum-a təhvil verilmişdir.

Bu günə qədər Böyük Britaniyada tapılan ən qədim kapsulun tarixi 1876-cı il olaraq qeydə alınmışdır. Bu zaman burada ideal şəkildə qorunub saxlanmış qəzet, fotoşəkil və xatirə qutusunun basdırılması ilə bağlı sənədlər var idi.

Dünyada tapılmış ən qədim kapsul isə ABŞ-a məxsusdur və o 2014-cü ildə aşkar edilmişdi. Belə hesab edilir ki, onu 1795-ci ildə qubernator Samuel Adams basdırmışdır.

Qeyd edək ki, zaman kapsuluna həsr edilmiş cəmiyyət mövcuddur. 1990-cı ildən başlayaraq onun üzvləri mövcud layihələri izləyirlər. Cəmiyyətin qiymətləndirməsinə əsasən, hazırda dünyada 10 mindən 15 minə qədər kapsul mövcuddur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər