24 C
Baku
Friday, April 26, 2024

Tələbələr üçün Avropanın ən yaxşı şəhərləri

Xüsusilə də gənc və fəallar, real yerləri turistik məkanlardan üstün tutanlar, eləcə də xaricdə həmyaşıdlarının necə yaşadığını görmək istəyənlər üçün Avropanın ən məşhur tələbə şəhərlərinə mini-tur təşkil edirik

Paris

Nüfuzlu QS reytinqinin fikrinə görə, Paris dünyanın ən yaxşı tələbə şəhəridir. Hər il burda 240 min tələbə təhsil alır. Onları nisbətən ucuz qiymətlər, ali məktəblərdəki kiçik qruplar, Université Paris-Sorbonne, École Polytechnique и Sciences Po kimi əfsanəvi institutlarda elmi biliklərə yiyələnmək imkanı cəlb edir. Parisin tələbə atmosferinə daxil olmaq istəyirsən? Onda fransız paytaxtının 5-ci və 6-cı dairələrini gəzməyə dəyər. Nahar vaxtı gənclər Saint Michel və Vavin metrosu ətrafındakı ucuz kafelərə yığışır və ya Lüksemburq bağına piknik etməyə yollanırlar.

Artıq bir neçə yüzillikdir ki, təhsil alanlara məxsus olan Latın məhəlləsini də yaddan çıxarmaq olmaz. 3-cü, 4-cü dairələrdə qədim şəhər bazarı olan Le Marché des Enfants Rouges-in (burada həmişə hazır dadlı yemək tapmaq olar) də yerləşdiyi yəhudi məhəlləsində heç də az gənc toplaşmır, onların fikrinə görə şəhərin ən yaxşı falafelləri burda satılır. Gəcə vaxtı isə ən imkanlı və tərzli məktəblilər École Polytechnique-in ərtaf klublarına və ya 11-ci dairədəki Café Charbon, Au P’tit Garage rok-n-roll barına üz tuturlar.

Nisbətən daha kasıb olanlar isə Bastiliya ətrafı və Pigalle meydanında daha sadə yerlər seçirlər. Yeri gəlmişkən, Parisdəki tələbələrin qənaət etmək üçün bir sıra imkanları var: bir çox muzeylərə, Théâtre du Châtelet musiqili teatrında tamaşalara giriş pulsuzdur, Ópera və Theatre des Champs-Elysées-də isə biletlər endirimli qiymətlərlə satılır. Gənclər Vélib şəbəkəsindən xüsusi tariflərlə velosipedləri icarəyə götürə bilər, eləcə də səyahət etmək üçün qatarlarda ucuz qiymətə bilet ala bilərlər.

loooondLondon

QS-in tələbələrə ən mehribancasına yanaşan şəhərlər reytinqində ikinci yeri London tutur. İngilis paytaxtında il ərzində 135 min nəfər təhsil alır, onlardan 33%-i xaricdən gələnlərdir. Ən nüfuzlu təhsil müəssisələri arasında Imperial College London, London School of Economics (LSE) и University College London-un adlarını çəkmək olar. Londonda bilik əldə etmək kifayət qədər bahadır, buna görə də bu şəhərdə əsasən imkanlı tələbələr təhsil alır.

Bütün şəhər boyu institut kampuslarının yaxınlığında pivəxanalara rast gəlmək mümkündür, tələbələrin çoxu günün 17 saatını bu barlarda keçirir. Bir balaca qənaət etmək istəyənlər isə Brick Lane-da və ya Muhib və Tayyabs kimi ucuz hind restoranlarında qidalanmağı üstün tuturlar. Bununla yanaşı bir sıra yerli məkanlar özünüzlə spirtli içki belə gətirməyə icazə verir. Enerjilərini bərpa etmiş gənclər, gecəni bu rayonun ucuz gecə klublarında davam etdirirlər. Rəqs etməyi sevənlər isə

Shoreditch rayonunda yerləşən Book Club və Callooh Callay kimi çoxmərtəbəli diskotekaları seçir.

Müasir tələblərin əksəriyyətinin bütün gecəni barlarda keçirməsinə baxmayaraq, bəziləri yenə də ən dəbdə olan yerlərə getməyə də vaxt tapırlar: Waterloo/South Bank rayonundakı Ministry of Sound və ya Clerkenwell rayonundakı Fabric bu tip məkanlara misal ola bilər. Buna baxmayaraq tələbələrin əsas fəaliyyət mərkəzləri institut kampuslarının ətrafı olur: onların ətrafında klublarda təşkil olunan müxtəlif tematikalı əyləncələrə, ucuz və ya pulsuz kino təqdimatlarına dəvət bukletləri paylanılır.

Əgər sizin tələbə biletiniz varsa, onda “Qlobus” teatrında və ya Vaterloo körpüsündə yerləşən National Theatre-da səhnələşdirilən tamaşalara bahalı bilet almağa cəhd edə bilərsiniz. Tələbələr üçün muzey və qalereyaları ziyarət, ictimai nəqliyyatlardan istifadə pulsuz və ya endirimlərlə təqdim olunur, hətta Mcdonalds-da əlavə dondurma və qamburgeri pulsuz almaq mümkündür.

venaVyana

Avstriyanın paytaxtı QS-in reytinqində Avropa üzrə üçüncü yeri, dünya üzrə isə beşinci yeri tutub. Hər il 105 minə yaxın insan, əsasən də Universität Wien və Technische Universität Wien-də təhsil alır.

Təhsil alanların tərkibi müxtəlifliyi ilə seçilir (çünki Vyanada təhsil ucuz başa gəlir), tələbələrin beşdə bir hissəsi xaricilərdir. Gənclərin ən sevimli məkanları – mərkəz, universitetin ətraflarıdır, elə buna görə də orda təhsil alanlarla Hofburq və İspaniya atçılıq məktəbinə getmək istəyən adi turistləri fərqləndirmək mümkün olmur.Tələbələri müşahidə etmək istəyənlərin 7-ci dairədə yerləşən Café Europa kimi dəbdə olan restoranlara getməsi daha məsləhətlidir . Muzey məhəlləsində də çox insana rast gəlmək mümkündür.

Tələbələr pul qurtardıqda əsasən 10-cu dairənin ucuz məkanlarında (Schnitzelwirt на Neubaugasse-ə baxmağınızı çox məsləhət görürük!) və ya universitetin yaxınlığındakı Der Wiener Deewan pakistan bufetində qidalanmağı üstün tuturlar.

Gecələr yada salınmalı əsas ünvanlar Dunay çayının sahilində yerləşən Flex və Prater parkındakı Pratersauna məşhur gecə klublarıdır (o həqiqətən də əvvəllər sauna kimi fəaliyyət göstərmiş binada açılıb). Tələbə biletinin sahibi olanlar Vyanada bəzi muzeylərə pulsuz daxil ola bilərlər, eləcə də onlar üçün Opera teatrlarına xüsusi ucuz biletlər mövcuddur.

Sürix

Tələbələr üçün daha bir rahat şəhər kimi təmiz və təhlükəsiz İsveçrə şəhəri Sürix qəbul edilir. Orada 42 min tələbə yaşayır (42%-i başqa ölkələrdən gəlib). Hamı bilir ki, İsveçrədə həyat bahalıdır, lakin orda təhsil almaq təkcə milyonçular üçün əlçatan deyil: tələbələr üçün bir çox güzəşt və endirimlər mövcuddur, onlar üçün ucuz mənzillər təklif olunur, onlar ucuz nəqliyyat bileti ala bilmək imkanına malikdirlər, eləcə də pulsuz və ya endirimlərlə muzey və teatrlara baş çəkmək mümkündür.

Xaricilər əsasən İsveçrənin Swiss Federal Institute of Technology və ya University of Zurich kimi böyük universitetlərinə daxil olmağa çalışırlar. Həyat elə bu ali məktəblərin ətrafında qaynayır. Universitet şəhərciyi ayrıca bir yerdə yerləşib: orada dadlı və ucuz yemək istəyənlərin gedə biləcəyi xüsusi bar və kafelər fəaliyyət göstərir. Təkcə insanları deyil, şəhəri də seyr etmək üçün Politexnik Universitetinin meydançasından çox gözəl mənzərə açılır, bura mərkəzi vağzaldan funikulyorla bir neçə dəqiqəyə qalxmaq olar.Gecələr tələbələr tərəfindən ziyarət olunan klublara misal olaraq, interyeri mağaranı xatırladan Palais X-tra klubunu göstərmək olar.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər